Vəzifənin Məqsədi:
Roof Academic Training üçün bütün müştəri dövriyyəsini əhatə edən strateji, satış yönümlü marketinq təşəbbüslərinə rəhbərlik etmək və onların icrasını təmin etmək. Bu vəzifə kiçik marketinq komandasına rəhbərlik edəcək, həmçinin rəqəmsal və oflayn marketinq fəaliyyətlərini ölçülə bilən biznes nəticələrinə fokuslanmaqla əlaqələndirəcək.
Əsas Vəzifə və Öhdəliklər:
Brend məlumatlılığı, lead yaradılması, müştəri cəlbi, iştirakçılığı və saxlanmasını əhatə edən ümumi marketinq strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək
Rəqəmsal kampaniyalar, kontent strategiyası, brend mövqeləndirməsi və tradisional marketinq təşəbbüsləri daxil olmaqla bütün marketinq fəaliyyətlərinə rəhbərlik etmək
Daxili marketinq komandasını və frilanserləri (məs., rəqəmsal marketinq mütəxəssisi, kopirayter, və s.) idarə etmək və dəstəkləmək
Müştəri ehtiyaclarını, brend imicini və rəqiblərin mövqeyini anlamaq üçün rüblük bazar araşdırmaları etmək və nəticələri marketing strategiyanın formalaşdırılmasında istifadə etmək
Əməliyyat və akademik komandalarla sıx əməkdaşlıq edərək konversiyaya yönəlmiş kampaniyalar yaratmaq və onların ROI nəticələrini izləmək
Satış və Analitika komandaları ilə birgə marketinq və satış göstəricilərinin və hədəflərin analitikasını aparmaq, izləmək və rəhbərliyə hesabat vermək
Marketinq büdcəsinə və büdcənin səmələri istifadəsinə nəzarət etmək
Səndən Gözlədiklərimiz:
Strateji səviyyədə düşünmə və taktiki səviyyədə icra bacarığı
Komanda idarəedilməsi və frilanserlərlə iş təcrübəsi
Marketinq təşəbbüslərinə müstəqil rəhbərlik etmək bacarığı
Performans göstəriciləri (KPI) ilə işləmək və marketinq fəaliyyətlərini biznes nəticələrinə (lead, konversiya, ROI və s.) bağlamaq bacarığı
Şirkət daxili fərqli komandalar ilə əməkdaşlıq bacarığı
Təşəbbüskar olmaq, daim yeni ideyaları sınamaq və testlər əsasında optimallaşdırma aparmaq bacarığı