Satış üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
ROOF Academic Training beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT və s.) hazırlıq, ümumi və korporativ ingilis dili və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Vəzifə öhdəlikləri:
Ana xidmət üzrə daxil olan müraciətlər əsasında namizədlərlə telefon və yazılı (WhatsApp və s.) şəkildə operativ əlaqə saxlamaq
Ana xidmətlə bağlı WhatsApp və digər kommunikasiya kanallarına daxil olan sorğuları vaxtında və düzgün cavablandırmaq
Daxil olan zəngləri qəbul edib cavablandırmaq, ehtiyac olduqda müvafiq şöbəyə yöləndirmək
Müştərilərlə aparılan bütün ünsiyyət və görülən işləri CRM sisteminə dəqiq və vaxtında daxil etmək
Mövcud və əvvəlki müştərilərlə davamlı əlaqə qurmaq, münasibətləri inkişaf etdirmək və müştəri məmnuniyyətini təmin etmək
İmtahan nəticələrini namizədlərə operativ şəkildə çatdırmaq və növbəti mərhələlər üzrə yönləndirmə etmək
Ofisə birbaşa müraciət edən namizədlərə xidmət göstərmək və bütün satış proseslərini yerinə yetirmək
Xidmətlər üzrə digər satış nümayəndəsinin fəaliyyətinə nəzarət etmək, ehtiyac olduqda dəstək göstərmək və nəticələrin artırılmasına töhfə vermək
Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində və yüksək keyfiyyətlə icra etmək
Tələblər
Ali təhsil (marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahələr üstünlükdür)
Satış, müştəri xidməti və ya təhsil sahəsində minimum 6 ay iş təcrübəsi arzuolunandır
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür
Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları
Müştəriyönümlülük və nəticə fokuslu yanaşma
CRM sistemləri ilə işləmə bacarığı (üstünlükdür)
Komanda ilə işləmə və eyni zamanda müstəqil qərarvermə bacarığı
Çoxsaylı müraciətləri effektiv idarə etmək bacarığı
Ofis proqramlarında (MS Office, Google Sheets və s.) işləmə bacarığı
Xüsusi qeydlər:
Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması
İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq
Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək
Səbrli, məsuliyyətli və punktual olmaq
Sizə nə təklif edirik:
Gənc və dinamik komanda
Pozitiv və motivasiyalı mühit
Öyrənmə və inkişaf perspektivləri
Şərtlər:
Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi - Cümə 09:00-18:00, Şənbə 16:00-dək
İstirahət günü: həftənin bazar günü
Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq
Maraqlanan namizədlər mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə CV-lərini göstərilən email ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Roof Academic Training
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14716
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə