Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Digər satış işləri

Təchizat Departamenti – Müqavilələrin təhlili və tərtibatı şöbəsi | Aparıcı mütəxəssis

Təchizat Departamenti – Müqavilələrin təhlili və tərtibatı şöbəsi | Aparıcı mütəxəssis

Bakı

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 aprel 2026

Son Tarix: 2 aprel 2026

Təsvir

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Təchizat Departamentinin Müqavilələrin Təhlili və Tərtibatı şöbəsinə Aparıcı mütəxəssis axtarırıq!

Namizəd satınalma proseslərinin idarə olunması, müqavilə şərtlərinin təhlili və hüquqi sənədlərlə işləmə sahəsində aparıcı rol oynayacaq.

Sizi hansı öhdəliklər gözləyir?

  • Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət;

  • Müqavilə şərtlərinin qiymətləndirilməsi və hüquqi risklərin təhlili;

  • Korporativ hüquq və normativ aktlarla işləmə;

  • Rəsmi yazışmaların və təqdimatların hazırlanması;

  • Proseslərin planlaşdırılması və icrasına nəzarət;

  • Komanda ilə əməkdaşlıq və təşəbbüskarlıq nümayiş etdirmək;

  • ERP sistemləri və Microsoft Office proqramlarında sərbəst işləmə.

Namizədlərdən tələblərimiz

  • Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr/magistr dərəcəsi;

  • Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi;

  • Dövlət satınalmaları və ya korporativ satınalma prosedurları üzrə təcrübə üstünlükdür;

  • Satınalma və təchizat prosedurları, tender prosesləri barədə bilik;

  • Təchizat, satınalma və ya müqavilələrin idarə olunması sahəsində əlavə sertifikatlar arzuolunandır;

  • Mülki və müqavilə hüququnun əsaslarını bilmək;

  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;

  • Etik davranış və məxfilik prinsiplərinə riayət

  • Dil bilikləri: rus və ingilis dili mütləqdir.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;

  • Peşəkar komandada inkişaf və karyera imkanları;

  • Metropolitendən ödənişsiz istifadə imkanı;

  • Güzəştli nahar təminatı;

  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;

  • Psixoloji dəstək xidməti.

Müraciət Üçün

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.azportalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5429) müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

Necə Müraciət Etmək Olar

Bakı Metropoliteni

Bakı Metropoliteni

Other

Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12370

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Metro Engineer

Tam Ştat

“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində 6 aylıq ödənişli təcrübə proqramı elan edir! Gələcəyin şəhər nəqliyyatını quran metro mühəndislərindən biri sən ol!! Metro Engineer proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək, metro sistemlərinin istismar və texniki xidmət proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub. Sizi hansı öhdəliklər gözləyir? Metro infrastrukturunun illik və aylıq plan qrafiklərinin və plan qrafikinə əsasən icra olunan işlərin icra statusununun yoxlanılması, strukurların illik satınalma planlarının hazılanmasına nəzarət və yoxlanması; Texniki pasportların və birxətli sxemlərin yenidən işlənilməsi; İş həcmlərinin yoxlanılması, sahələrə mühəndis-texniki nəzarət; Nasazlıqların statistik təhlili, material sərfiyyatı normalarının işlənməsi və yoxlanılması. Proqram sizə nə qazandıracaq? 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə aylıq əməkhaqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr: Metro sistemlərinin istismarı və texniki xidməti Elektrik, elektromexanika və mexaniki sistemlərin iş prinsipləri Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıq Təhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqları Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri Minimum GPA: 80/100; İngilis dili biliyinin olması arzuolunandır; Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) Microsoft Office Təhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar: Elektrik və elekronika mühəndisliyi Elektrotexnika və elektromexanika Mexanika mühəndisliyi Nəqliyyat mühəndisliyi Avtomatika və idarəetmə Telekommunikasiya / Rabitə mühəndisliyi

İşarəvermə və rabitə üzrə təcrübə proqramı

Tam Ştat

Bakı Metropoliteni İşarəvermə və rabitə üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq! Qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsi sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik! Proqram sizə nə qazandıracaq? 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə aylıq əməkhaqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər Təhsili avtomatlaşdırma, avtomatika və idarəetmə, elektronika, telekommunikasiya, radiotexnika, energetika və dəmiryol rabitəsi sahələri üzrə olan məzunlar. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı Ətraflı müsahibə Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər Metropoliten sizə nə vəd edir? Metropolitendən ödənişsiz istifadə Nahar (güzəştli) Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə  https://hr.metro.gov.az/vacancy/5411  müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!

Elektrik təchizatı üzrə təcrübə proqramı

Tam Ştat

Bakı Metropoliteni Elektrik təchizatı üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq! Elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin bu sahədə praktiki bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür. Proqram sizə nə qazandıracaq? 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə aylıq əməkhaqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər Təhsili elektrik mühəndisi, elektroenergetika,  avtomatika -proseslərin avtomatlaşdırılması  üzrə olan məzunlar Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı Ətraflı müsahibə Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər Metropoliten sizə nə vəd edir? Metropolitendən ödənişsiz istifadə Nahar (güzəştli) Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5416  müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!