Metro Engineer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində 6 aylıq ödənişli təcrübə proqramı elan edir!
Gələcəyin şəhər nəqliyyatını quran metro mühəndislərindən biri sən ol!!
Metro Engineer proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək, metro sistemlərinin istismar və texniki xidmət proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.
Sizi hansı öhdəliklər gözləyir?
Metro infrastrukturunun illik və aylıq plan qrafiklərinin və plan qrafikinə əsasən icra olunan işlərin icra statusununun yoxlanılması, strukurların illik satınalma planlarının hazılanmasına nəzarət və yoxlanması;
Texniki pasportların və birxətli sxemlərin yenidən işlənilməsi;
İş həcmlərinin yoxlanılması, sahələrə mühəndis-texniki nəzarət;
Nasazlıqların statistik təhlili, material sərfiyyatı normalarının işlənməsi və yoxlanılması.
Proqram sizə nə qazandıracaq?
6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə aylıq əməkhaqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:
Metro sistemlərinin istismarı və texniki xidməti
Elektrik, elektromexanika və mexaniki sistemlərin iş prinsipləri
Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıq
Təhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqları
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
Minimum GPA: 80/100;
İngilis dili biliyinin olması arzuolunandır;
Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Microsoft Office
Təhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:
Elektrik və elekronika mühəndisliyi
Elektrotexnika və elektromexanika
Mexanika mühəndisliyi
Nəqliyyat mühəndisliyi
Avtomatika və idarəetmə
Telekommunikasiya / Rabitə mühəndisliyi
Tələblər
Tələb olunan texniki biliklər:
Yol və tunel qurğuları üzrə:
Riyaziyyat və Geodeziya
Mexanika və Materiallar müqaviməti
Mühəndis qrafikası
Elektrik təchizatı üzrə:
Elektrik maşınları
Elektroenergetika,
Elektrik təchizatı sistemləri
Elektromexanika üzrə:
Elektrik maşınları
İstilik energetikası
Hidravlika və pnevmatika.
Fizika və Maşın mühəndisliyi
İşarəvermə və rabitə üzrə:
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Radiotexnika və telekommunikasiya
İnformasiya təhlükəsizliyi, Elektronika.
Qatarların təmiri üzrə:
Mexanika və texnoloji maşınlar
Maşın mühəndisliyi
Elektrik mühəndisliyi
Avtomatika və idarəetmə
Dəmir yolu nəqliyyatı mühəndisliyi
Seçim prosesi necə aparılır?
İlkin müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Yekun müsahibə
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Ekspertlərlə “networking” və praktiki biliklər
Karyera imkanları
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək aşağıdakı müvafiq vakansiya linki ilə
Yol və tunel qurğuları üzrə https://hr.metro.gov.az/vacancy/5444;
Elektrik təchizatı üzrə https://hr.metro.gov.az/vacancy/5445;
Elektromexanika üzrə https://hr.metro.gov.az/vacancy/5442;
İşarəvermə və rabitə üzrə https://hr.metro.gov.az/vacancy/5443;
Qatarların təmiri üzrə https://hr.metro.gov.az/vacancy/5430 müraciətinizi tamamlaya bilərsiniz.
Necə Müraciət Etmək Olar
Bakı Metropoliteni
Other
Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11497
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+