Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
Elektrik mühəndisi

Elektrik təchizatı üzrə təcrübə proqramı

Elektrik təchizatı üzrə təcrübə proqramı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 3 aprel 2026

Təsvir

Bakı Metropoliteni Elektrik təchizatı üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

Elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin bu sahədə praktiki bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.

Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

  • Təcrübə dövründə aylıq əməkhaqqı

  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı

  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Biz kimləri axtarırıq?

  • Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər

  • Təhsili elektrik mühəndisi, elektroenergetika,  avtomatika -proseslərin avtomatlaşdırılması  üzrə olan məzunlar

  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı

  • Ətraflı müsahibə

  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?

  • Metropolitendən ödənişsiz istifadə

  • Nahar (güzəştli)

Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5416  müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

Necə Müraciət Etmək Olar

Bakı Metropoliteni

Bakı Metropoliteni

Other

Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11102

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

İşarəvermə və rabitə üzrə təcrübə proqramı

Tam Ştat

Bakı Metropoliteni İşarəvermə və rabitə üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq! Qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsi sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik! Proqram sizə nə qazandıracaq? 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə aylıq əməkhaqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər Təhsili avtomatlaşdırma, avtomatika və idarəetmə, elektronika, telekommunikasiya, radiotexnika, energetika və dəmiryol rabitəsi sahələri üzrə olan məzunlar. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı Ətraflı müsahibə Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər Metropoliten sizə nə vəd edir? Metropolitendən ödənişsiz istifadə Nahar (güzəştli) Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə  https://hr.metro.gov.az/vacancy/5411  müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!

Elektrik qaz qaynaqçısı

Tam Ştat

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxanalara Elektrik qaz qaynaqçısı axtarırıq! Namizəd elektrik və qaz qaynaq işlərini texnoloji proseslərə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, qaynaq avadanlıqlarının düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, qaynaq tikişlərinin keyfiyyətinə və möhkəmliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir. Sizi hansı öhdəliklər gözləyir? Elektrik və qaz qaynaq işlərini (metal konstruksiyaların, hissələrin və birləşmələrin qaynağı) texnoloji xəritə, çertyoj və normativ tələblərə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək; Qaynaq aparatlarını və avadanlıqlarını işə hazırlamaq (sazlama, elektrod və materialların düzgün seçilməsi), onların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək; Qaynaq olunan birləşmələrin keyfiyyətinə nəzarət etmək, tikişlərin möhkəmliyini və normativlərə uyğunluğunu yoxlamaq; İstehsalat təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək, qaz balonları və elektrik avadanlıqları ilə təhlükəsiz işləmək; İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti şəxslərə məlumat vermək; Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək. Namizədlərdən tələblərimiz 25–45 yaş aralığında olmalı; Müvafiq sahə üzrə peşə təhsili və ya elektrik-qaz qaynaqçısı ixtisası üzrə sertifikat olmalı; Elektrik-qaz qaynaqçısı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı; Müxtəlif metal konstruksiyaların qaynağı üzrə praktik təcrübə, çertyoj oxumaq bacarığı olmalı; Texnoloji ardıcıllığa, istehsalat intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət etməli; Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı. Metropoliten Sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Müraciət Üçün Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5441  müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!

Fizioterapiya üzrə tibb bacısı

Tam Ştat

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulacaq Fizioterapiya üzrə tibb bacısı axtarırıq! Vəzifə öhdəlikləri Namizəd həkim təyinatına əsasən fizioterapiya prosedurlarını həyata keçirəcək, fizioterapiya avadanlıqları ilə işləyəcək və metropoliten əməkdaşlarına keyfiyyətli tibbi xidmət göstərəcəkdir. Sizi hansı öhdəliklər gözləyir? Həkim təyinatına uyğun olaraq fizioterapiya prosedurlarının aparılması; Fizioterapiya avadanlıqları ilə işləmək (prosedurların tətbiqi metodikalarını bilmək); Maşinistlərə və digər xidmət sahələrinin əməkdaşlarına xidmət göstərilməsi; Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət və istismar qaydalarına riayət olunması; Tibbi sənədləşmənin aparılması; Sanitariya-gigiyena normalarına və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi; Mövsümi olaraq Bilgəh istirahət zonasına ezamiyyətlərdə iştirak. (Nəqliyyat – transfer təmin olunur.) Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq, yaşı  25-50 arası olan namizədlər Orta ixtisas tibbi təhsil; Etibarlı (qüvvədə olan) sertifikatın mövcudluğu.  (Fizioterapiya üzrə sertifikat arzuolunandır.) Fizioterapiya avadanlıqları və müalicə metodları üzrə biliklər; Müvafiq sahədə 2 il iş təcrübəsi; Məsuliyyətlilik və diqqətlilik; Komandada işləmək bacarığı; Stressə davamlılıq və intizamlılıq; Azərbaycan dilini sərbəst bilmək (rus dili biliyi üstünlükdür). Metropoliten Sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5440  müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!