Elektrik qaz qaynaqçısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxanalara Elektrik qaz qaynaqçısı axtarırıq!
Namizəd elektrik və qaz qaynaq işlərini texnoloji proseslərə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, qaynaq avadanlıqlarının düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, qaynaq tikişlərinin keyfiyyətinə və möhkəmliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
Elektrik və qaz qaynaq işlərini (metal konstruksiyaların, hissələrin və birləşmələrin qaynağı) texnoloji xəritə, çertyoj və normativ tələblərə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Qaynaq aparatlarını və avadanlıqlarını işə hazırlamaq (sazlama, elektrod və materialların düzgün seçilməsi), onların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək;
Qaynaq olunan birləşmələrin keyfiyyətinə nəzarət etmək, tikişlərin möhkəmliyini və normativlərə uyğunluğunu yoxlamaq;
İstehsalat təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək, qaz balonları və elektrik avadanlıqları ilə təhlükəsiz işləmək;
İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti şəxslərə məlumat vermək;
Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.
Namizədlərdən tələblərimiz
25–45 yaş aralığında olmalı;
Müvafiq sahə üzrə peşə təhsili və ya elektrik-qaz qaynaqçısı ixtisası üzrə sertifikat olmalı;
Elektrik-qaz qaynaqçısı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
Müxtəlif metal konstruksiyaların qaynağı üzrə praktik təcrübə, çertyoj oxumaq bacarığı olmalı;
Texnoloji ardıcıllığa, istehsalat intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5441 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Necə Müraciət Etmək Olar
Bakı Metropoliteni
Other
Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11101
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+