Fizioterapiya üzrə tibb bacısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulacaq Fizioterapiya üzrə tibb bacısı axtarırıq!
Vəzifə öhdəlikləri
Namizəd həkim təyinatına əsasən fizioterapiya prosedurlarını həyata keçirəcək, fizioterapiya avadanlıqları ilə işləyəcək və metropoliten əməkdaşlarına keyfiyyətli tibbi xidmət göstərəcəkdir.
Sizi hansı öhdəliklər gözləyir?
Həkim təyinatına uyğun olaraq fizioterapiya prosedurlarının aparılması;
Fizioterapiya avadanlıqları ilə işləmək (prosedurların tətbiqi metodikalarını bilmək);
Maşinistlərə və digər xidmət sahələrinin əməkdaşlarına xidmət göstərilməsi;
Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət və istismar qaydalarına riayət olunması;
Tibbi sənədləşmənin aparılması;
Sanitariya-gigiyena normalarına və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi;
Mövsümi olaraq Bilgəh istirahət zonasına ezamiyyətlərdə iştirak. (Nəqliyyat – transfer təmin olunur.)
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaşı 25-50 arası olan namizədlər
Orta ixtisas tibbi təhsil;
Etibarlı (qüvvədə olan) sertifikatın mövcudluğu. (Fizioterapiya üzrə sertifikat arzuolunandır.)
Fizioterapiya avadanlıqları və müalicə metodları üzrə biliklər;
Müvafiq sahədə 2 il iş təcrübəsi;
Məsuliyyətlilik və diqqətlilik;
Komandada işləmək bacarığı;
Stressə davamlılıq və intizamlılıq;
Azərbaycan dilini sərbəst bilmək (rus dili biliyi üstünlükdür).
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5440 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Necə Müraciət Etmək Olar
Bakı Metropoliteni
Other
Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10410
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+