İcraya nəzarət şöbəsinin rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün korporativ idarəetmə, icra intizamı və sənəd nəzarəti sistemlərinin gücləndirilməsi məqsədilə yüksək peşəkarlığa malik İcraya nəzarət şöbəsinin rəisi vəzifəsinə namizəd axtarırıq!
Vəzifə funksiyası:
Bu vəzifə Cəmiyyət üzrə qərar və tapşırıqların icrasına sistemli nəzarətin təşkili, nəticəyönümlü idarəetmə mexanizmlərinin qurulması, rəqəmsal nəzarət alətlərinin tətbiqi və proseslərin qanunvericilik, Azərbaycan Respublikası Prezidentinin 935 nömrəli Fərmanı, həmçinin ISO və DCC (Document Control Compliance) tələblərinə uyğun idarə olunmasında strateji rol oynayır.
Sizi hansı öhdəliklər gözləyir?
Cəmiyyət üzrə əmr, qərar, göstəriş və tapşırıqların icrasına risk-əsaslı və nəticəyönümlü nəzarət sistemini təşkil etmək;
Tapşırıqların icra vəziyyəti, gecikmə riskləri və performans göstəriciləri üzrə rəhbərlik üçün analitik və idarəetmə hesabatları hazırlamaq;
Dövlət Nəzarəti İnformasiya Sistemi və korporativ elektron sənəd dövriyyəsi (DMSPro və s.) üzrə icra statusunun düzgün və vaxtında aparılmasını təmin etmək;
Fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılmasının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə icrasına nəzarət etmək;
Cəmiyyət üzrə fəaliyyətdə DCC prinsiplərinin tətbiqini təşkil etmək:
sənədlərin identifikasiyası və versiya nəzarəti,
təsdiq və vizalanma ardıcıllığı,
əlavə və qoşmaların tamlığı,
icra tarixçəsi və audit izlərinin saxlanılması;
Şöbənin fəaliyyətinin KPI-lar əsasında planlaşdırılması və qiymətləndirilməsini təmin etmək;
İcra intizamının gücləndirilməsi, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
Daxili və xarici auditlərə hazırlığın təmin edilməsi, uyğunsuzluqlar üzrə düzəldici və qabaqlayıcı tədbirlərin icrasını təşkil etmək;
Xidməti məlumatların, dövlət və kommersiya sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək;
Şöbə əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsü və performans nəzarətini həyata keçirmək;
Cəmiyyətin Nizamnaməsindən irəli gələn vəzifə və hüquqların icrası istiqamətində təşəbbüslərlə çıxış etmək.
Namizədlərdən tələblərimiz
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübəyə üstünlük verilir;
Azərbaycan Respublikasının elektron idarəetmə və kargüzarlıq qanunvericiliyini bilmək;
ISO idarəetmə sistemləri üzrə bilik və praktiki təcrübə (ISO 9001, ISO 14001, ISO 45001);
ISO 30301 və ya korporativ sənəd idarəetmə sistemləri üzrə bilik üstünlük hesab olunur;
DCC (Document Control Compliance) və elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;
Proses yanaşması, risklərin idarə olunması, monitorinq və davamlı təkmilləşdirmə (PDCA) prinsipləri üzrə bilik;
KPI, performans monitorinqi və analitik hesabatların hazırlanması bacarığı;
MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
Analitik düşünmə, liderlik, təşkilatçılıq və koordinasiya bacarıqları;
Yüksək məsuliyyət, diqqətlilik və təşəbbüskarlıq;
Azərbaycan dili mükəmməl, rus və ingilis dili arzuolunandır.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5437 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Necə Müraciət Etmək Olar
Bakı Metropoliteni
Other
Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9184
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+