Elektromexanika üzrə təcrübə proqramı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Bakı Metropoliteni Elektromexanika üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Bakı Metropolitenində nasos və ventilyasiya sistemlərinin təhlükəsiz, fasiləsiz və dayanıqlı fəaliyyəti sərnişinlərin komfortu və fövqəladə hallarda etibarlı iş prinsiplərinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər siz də elektromexanika sahəsində praktiki bilik və bacarıqlar əldə etmək, həmçinin bu istiqamətdə təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
Proqram sizə nə qazandıracaq?
3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə aylıq əməkhaqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gənclər
Təhsili elektrik mühəndisi, avtomatlaşdırma, avtomatika və idarəetmə, elektronika, mexanika və texnoloji maşınlar üzrə olan məzunlar
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı
Ətraflı müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
Nahar (güzəştli)
Metropolitendən ödənişsiz istifadə
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5414 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Necə Müraciət Etmək Olar
Bakı Metropoliteni
Other
Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10201
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+