Ana Səhifə
Vakansiyalar
Sənaye və İstehsalat
Avtomatlaşdırma

Süni intellekt və avtomatlaşdırma üzrə mühəndis

Süni intellekt və avtomatlaşdırma üzrə mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 8 mart 2026

Təsvir

  • Voice AI (ASR/TTS): Speech-to-Text və Text-to-Speech komponentlərinin inkişaf etdirilməsi, audio datanın emalı və keyfiyyətin artırılması;

  • LLM & NLP: hazır pre-trained modellərlə işləmək, embedding və semantic layer optimizasiyası;

  • RAG & Chatbot sistemləri: şirkət bilik bazası üzərindən cavab verən chatbot/RAG axınının qurulması, istifadəyə vermək və əsas monitorinqin təmin edilməsi;

  • Model training və optimizasiya: model öyrətmə, hyperparameter tuning, performans/latency optimizasiyası (məs: quantization, pruning) və inference hazırlanması;

  • Cloud deployment : modellərin Azure mühitində hazırlığı və production-a çıxarılması (training/inference), servislərin işlək saxlanması;

  • API & inteqrasiya: modelləri test edib mövcud sistemlərə inteqrasiya edilməsi;

  • Avtomatlaşdırma: təkrarlanan işlər üçün Python əsaslı avtomatlaşdırmalar və scheduled job-lar hazırlanması.

Tələblər

  • Ali təhsil arzuolunandır;

  • ML/DL baza bilikləri: supervised/unsupervised, neural networks, transformer arxitekturası; modelləri biznes use-case-ə uyğunlaşdırmaq bacarığı;

  • Python: OOP, async yanaşma, təmiz kod prinsipləri ilə kompleks alqoritmlərlə işləmə bacarığı;

  • DL framework: PyTorch və ya TensorFlow/Keras ilə real layihə təcrübəsi üstünlükdür;

  • Model serving: FastAPI ilə REST API qurmaq və deploy etmə bacarığı üstünlükdür;

  • Azure biliyi: Azure ML (və ya bənzər), storage (Blob), Functions/VM kimi servislərlə iş; cloud-da deployment anlayışı;

  • Voice AI təcrübəsi: ASR/TTS və ya audio processing sahəsində praktiki iş (məs: Whisper/Wav2vec səviyyəsində);

  • Analitik düşüncə: Biznes problemini texniki alqoritmə çevirmək və həll etmək bacarığı;

  • İngilis dili: Texniki sənədləri (Documentation) və sahə üzrə elmi məqalələri oxuyub tətbiq edə biləcək səviyyədə.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8138

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya