Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Müvəqqəti)

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Müvəqqəti)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 8 mart 2026

Təsvir

Vakansiya üzrə işə qəbul olunan namizədin fəaliyyəti 6 aylıq nəzərdə tutulub.

  • Müştəri ilə ünsiyyətdə olan əməkdaşların fəaliyyətinin keyfiyyət standartlarına və daxili prosedurlara əsasən qiymətləndirilməsi;

  • Aylıq qiymətləndirmə nəticələrinin müvafiq rəhbərliklə paylaşılması;

  • Əməkdaşların xidmət keyfiyyətinin mütəmadi izlənməsi və fərdi geribildirimlərin verilməsi;

  • Digər şöbələrdən daxil olan müraciətlərin araşdırılması və mahiyyəti üzrə cavablandırılması;

  • Xidmət prosesindəki ləngimələri və ya uyğunsuzluqları aşkarlayaraq təkmilləşdirici təkliflər hazırlanması;

  • Qiymətləndirmələrin obyektiv və ədalətli aparılması üçün digər keyfiyyət mütəxəssisləri ilə kalibrasiya iclaslarında iştirak edilməsi;

  • Təcrübəçi/yeni əməkdaşların xidmət prosesinə buraxılmadan öncə keyfiyyətə nəzarət bölməsinin tələblərinə uyğunluğunun test edilməsi;

  • Aylıq fəaliyyət hesabatlarının hazırlanması;

  • Müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmiş qayda və prosedurların dəqiq icra olunması;

  • Rəhbərliyin vəzifə çərçivəsində əlavə tapşırıqlarının yerinə yetirilməsi

Tələblər

  • Ali təhsil;

  • Müştəri xidmətləri sahəsi üzrə minimum 6 ay;

  • Səlis Azərbaycan və Rus dili biliyi;

  • Microsoft Office proqramlarında işləmə bacarığı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10292

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya