Elektron kommersiya şöbə müdiri/Olivia (Beauty and care)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Şirkətin elektron kommersiya strategiyasının hazırlanması və həyata keçirilməsi;
Vebsayt üzrə satış, trafik və konversiya göstəricilərinin idarə olunması;
Mobil tətbiqin hazırlanması və inkişaf strategiyasının idarə edilməsi;
Onlayn satış kanallarının inkişafı;
Məhsul kateqoriyalarının, qiymət strategiyasının və kampaniyaların planlaşdırılması;
Komandanın idarə edilməsi;
Müştəri təcrübəsinin təkmilləşdirilməsi və müştəri məmnuniyyətinin artırılması;
Satışların analizi, hesabatların hazırlanması və biznes qərarları üçün təhlillərin aparılması;
Rəhbərliyə hesabatların təqdim edilməsi və hədəflərin izlənməsi.
Tələblər
Ali təhsil (biznes, marketinq və ya əlaqəli sahə üzrə);
Elektron kommersiya sahəsində minimum 3 il rəhbər vəzifə təcrübəsi;
E-commerce platformalarının (CMS, analytics, payment gateways, fulfillment) idarə edilməsi təcrübəsi;
Google Analytics, Meta Ads, SEO və e-mail marketing alətləri ilə işləmək bacarığı;
Komanda idarəetmə, strateji planlaşdırma və analitik düşünmə bacarıqları;
Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili üstünlükdür;
Yüksək məsuliyyət, nəticəyönümlülük və təşəbbüskarlıq.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10289
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+