Kassir (Masallı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatların həyata keçirilməsi;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Müştəri suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
İş şəraiti:
İş grafiki- növbəli
Tələblər
Ali təhsil
Aidiyyatı sahədə iş təcrübəsi arzu ediləndir
Səlis Azərbaycan və rus dili biliyi .
Yüksək riyazi hesablama qabiliyyətli;
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
Microsoft Office programları üzrə biliklər;
Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti
Pul və sənədlərlə işləmə qabiliyyəti.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10291
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+