Təsvir
Rolun məqsədi:
Orzax brendləri üçün sosial media kanallarında operativ kommunikasiya axınını idarə etmək və ofis, klinika, aptek və açıq məkanlarda trend əsaslı qısa video kontenti müntəzəm şəkildə istehsal etmək.
Komandadakı yeri:
Birbaşa hesabat: Marketinq Direktoru
Funksional koordinasiya: Rəqəmsal Marketinq Meneceri
Məzmun doğruluğu: Məhsul Meneceri
Vizual istehsal: Dizayn komandası
Əsas vəzifələr:
Community & Operativ Kommunikasiya:
Instagram, Facebook, TikTok mesaj və şərhlərinə operativ cavab
WhatsApp qrupları və e-mail üzərindən daxil olan sorğulara sürətli geri dönüş
Sorğuların CRM-də qeydiyyatı və düzgün yönləndirilməsi
Mənfi rəylərin eskalasiyası
Korporativ tone-of-voice standartına riayət
Standart: İş saatlarında ilk cavab ≤ 30 dəqiqə
Field Content İstehsalı (Mobil və dinamik):
Sosial media trendlərinin gündəlik monitorinqi
Həftəlik minimum 2–4 qısa video (Reels/TikTok) ideyası
Ofis, klinika, aptek və digər lokasiyalarda çəkilişlərin təşkili və icrası
Sadə mobil montaj (CapCut/Canva) və ya dizaynerlə sürətli koordinasiya
Paylaşımların plana uyğun yerləşdirilməsi
Koordinasiya və Hesabat:
Digital kampaniyalar üçün kontent asset-lərinin hazırlanmasına dəstək
Rəqiblərin kontent aktivliyinin monitorinqi
Aylıq qısa performans hesabatı (reach, engagement, response time, video views)
Bu rola daxil OLMAYAN funksiyalar:
Reklam kabinetlərinin idarə edilməsi
Media büdcəsi və performance optimizasiya
Ümumi digital strategiya
(Bunlar Rəqəmsal Marketinq Menecerinin məsuliyyətində qalır.)
Namizəd təqdim etməlidir:
Son dövrdən minimum 5 ədəd qısa video (Reels/TikTok)
İdarə etdiyi ən az 1 aktiv səhifə
Azərbaycan dilində qüsursuz yazılı kommunikasiya
Mobil çəkiliş və montaj bacarığı
Sahə çəkilişlərinə çıxmağa hazır olmaq
Üstünlüklər:
Həkim və aptek əməkdaşları ilə kontent çəkilişi təcrübəsi
FMCG və ya qida əlavələri sektorunda iş
Influencer koordinasiyası
KPI-lar:
Mesaj və şərhlərə cavab müddəti
Həftəlik istehsal olunan video sayı
Reels/TikTok view və engagement
Paylaşım planına riayət
Orqanik engagement trendi
Şərtlər:
İş qrafiki: B.e–Cümə 09:00–18:00 (bəzən çəkiliş səbəbi ilə çevik saatlar)
Əməkhaqqı: 650–800 AZN + bonus
Rəsmi əmək müqaviləsi
Çəkilişlər üçün korporativ dəstək (məkan koordinasiyası)
Uyğun namizədlər göstərilən mail ünvanına SMM başlıqlı CV göndərə bilər.
Necə Müraciət Etmək Olar
Orzax
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8407
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor