MTN - Medikal tanıtım nümayəndəsi
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Şirkət: Orzax / BioHerbal, Baku
İş rejimi: Tam ştat (sahə işi)
Vəzifənin məqsədi
Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
İş öhdəlikləri
Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) Orzax məhsullarının elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Tələblər
Yaş aralığı: 25 – 40
Təhsil (aidiyyatlı ixtisaslar):
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.
Təcrübə:
Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır
Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə
Digər tələblər:
Həkimlərlə peşəkar kommunikasiya bacarığı
Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
Səyyar iş rejiminə uyğunluq
MS Office bilikləri
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
Təklif etdiklərimiz
800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Premya sistemi
Yemək kartı
Benzin kartı
Geyim dəstəyi
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Mövzü hissəsində vakansiya adını qeyd edərək CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Vakansiya kimlər üçün Deyil
“Sadəcə satış etmək istəyirəm” deyənlər
Elmi mövzulara maraqsız olanlar
Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Necə Müraciət Etmək Olar
Orzax
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10321
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə