Product Manager

Bakı

Tam Ştat

Menecer

1.300 - 2.000 AZN

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

Şirkət: Orzax / BioHerbal Baku

İş yeri: Bakı

İş rejimi: Tam ştat

Vəzifənin məqsədi

  • Medical & Strategic Product Manager şirkətin məhsul portfelinin elmi, strateji və kommersiya inkişafını idarə edən əsas funksional roldur. Vəzifənin məqsədi məhsulların həkim və aptek kanalında düzgün mövqeləndirilməsi, bazar payının artırılması, elmi kontentin idarə edilməsi və satış komandalarının strateji dəstəklənməsidir.

İş öhdəlikləri

Strateji məhsul və portfel idarəçiliyi

  • Məhsul portfeli üzrə illik strateji və marketinq planlarının hazırlanması

  • Məhsulların həyat dövrü analizinin aparılması və inkişaf strategiyalarının qurulması

  • Məhsulların prioritetləşdirilməsi və portfel optimizasiyası

Medical marketing və elmi fəaliyyətlər

  • Məhsullar üzrə elmi kontentin hazırlanması və idarə olunması

  • Klinik tədqiqatların və elmi məlumatların təhlili

  • Həkim seqmentasiyası və elmi kommunikasiya strategiyasının qurulması

  • Seminar və konfrans fəaliyyətlərinin koordinasiyası

Bazar analitikası və məhsul inkişafı

  • Bazar ölçüsü, artım potensialı və rəqib strategiyalarının təhlili

  • Yeni məhsullar üzrə bazar və elmi analizlərin aparılması

  • Məhsul lansman strategiyalarının hazırlanması və performansın monitorinqi

Satış və daxili koordinasiya

  • Satış komandası üçün strateji təqdimat və satış planlarının hazırlanması

  • Məhsullar üzrə qiymət və rentabellik analizlərinin aparılması

  • Satış, marketinq, ruhsatlandırma və istehsalçı tərəfdaşlarla koordinasiya

  • Məhsul performansı üzrə hesabatların hazırlanması

Tələblər

  • **Təhsil (aidiyyatlı ixtisaslar):**Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və ya əlaqəli sahələr üzrə ali təhsil.

Təcrübə

  • Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və psixoloji cəhətdən hazır.

  • Təcrübəli namizədlər: Product management, medical marketing və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi

  • OTC, BAQM və ya dərman sektorunda təcrübə üstünlükdür

Peşəkar bacarıqlar

  • Analitik və strateji düşünmə qabiliyyəti

  • Elmi məlumatlarla işləmə və interpretasiya bacarığı

  • Təqdimat və elmi kommunikasiya bacarığı

  • Layihə və portfel idarəetmə bacarığı

  • Komanda koordinasiyası və liderlik bacarıqları

  • MS Office və analitik alətlərlə işləmə bacarığı

  • İngilis dili biliyi üstünlükdür

Təklif etdiklərimiz

  • 1300 – 2000 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)

  • Premya sistemi

  • Benzin kartı (Avtomobili varsa)

  • Davamlı təlim və inkişaf imkanları

  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün deyil

  • Yalnız operativ satış və ya sahə fəaliyyəti ilə məşğul olmaq istəyənlər

  • Analitik və strateji düşünmə bacarığı zəif olan namizədlər

  • Elmi kontent və medical marketing fəaliyyəti ilə işləmək istəməyənlər

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8717

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Dermokosmetik medikal tanıtım nümayəndəsi

Tam Ştat

Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Şirkət: Orzax  BioHerbalBaku İş yeri: Bakı İş rejimi: Tam ştat (sahə işi) 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi axtarırıq. Vəzifənin məqsədi Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə (dermatoloqlara) elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir. Təklif etdiklərimiz: 1000 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premya sistemi Yemək kartı Benzin kartı Geyim dəstəyi Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Bu vakansiya kimlər üçün DEYİL “Sadəcə satış etmək istəyirəm” deyənlər Elmi mövzulara maraqsız olanlar Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. Müraciət: İş haqqında Minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə Yaş aralığı: 25 – 40 Universitetlərin əczaçılıq, biologiya, kimya, qidalanma və dietologiya və ya digər uyğun səhiyyə ixtisasları üzrə məzun olmaq, Üstünlük olaraq dermokosmetik və ya dərman sektorunda medikal tanıtım sahəsində təcrübəyə malik olmaq, Dermatoloq həkimlər və aptek kanalı ilə işləməyə maraqlı olmaq, Elmi izah, təqdimat və inandırma bacarığı yüksək olmaq, Sahə işinin təşkilinə və planlı işləmə prinsiplərinə uyğun olmaq, MS Office və CRM sistemlərindən effektiv istifadə edə bilmək.

Bakı

SMM

Tam Ştat

Rolun məqsədi: Orzax brendləri üçün sosial media kanallarında operativ kommunikasiya axınını idarə etmək və ofis, klinika, aptek və açıq məkanlarda trend əsaslı qısa video kontenti müntəzəm şəkildə istehsal etmək. Komandadakı yeri: Birbaşa hesabat: Marketinq Direktoru Funksional koordinasiya: Rəqəmsal Marketinq Meneceri Məzmun doğruluğu: Məhsul Meneceri Vizual istehsal: Dizayn komandası Əsas vəzifələr: Community & Operativ Kommunikasiya: Instagram, Facebook, TikTok mesaj və şərhlərinə operativ cavab WhatsApp qrupları və e-mail üzərindən daxil olan sorğulara sürətli geri dönüş Sorğuların CRM-də qeydiyyatı və düzgün yönləndirilməsi Mənfi rəylərin eskalasiyası Korporativ tone-of-voice standartına riayət Standart: İş saatlarında ilk cavab ≤ 30 dəqiqə Field Content İstehsalı (Mobil və dinamik): Sosial media trendlərinin gündəlik monitorinqi Həftəlik minimum 2–4 qısa video (Reels/TikTok) ideyası Ofis, klinika, aptek və digər lokasiyalarda çəkilişlərin təşkili və icrası Sadə mobil montaj (CapCut/Canva) və ya dizaynerlə sürətli koordinasiya Paylaşımların plana uyğun yerləşdirilməsi Koordinasiya və Hesabat: Digital kampaniyalar üçün kontent asset-lərinin hazırlanmasına dəstək Rəqiblərin kontent aktivliyinin monitorinqi Aylıq qısa performans hesabatı (reach, engagement, response time, video views) Bu rola daxil OLMAYAN funksiyalar: Reklam kabinetlərinin idarə edilməsi Media büdcəsi və performance optimizasiya Ümumi digital strategiya (Bunlar Rəqəmsal Marketinq Menecerinin məsuliyyətində qalır.) Namizəd təqdim etməlidir: Son dövrdən minimum 5 ədəd qısa video (Reels/TikTok) İdarə etdiyi ən az 1 aktiv səhifə Azərbaycan dilində qüsursuz yazılı kommunikasiya Mobil çəkiliş və montaj bacarığı Sahə çəkilişlərinə çıxmağa hazır olmaq Üstünlüklər: Həkim və aptek əməkdaşları ilə kontent çəkilişi təcrübəsi FMCG və ya qida əlavələri sektorunda iş Influencer koordinasiyası KPI-lar: Mesaj və şərhlərə cavab müddəti Həftəlik istehsal olunan video sayı Reels/TikTok view və engagement Paylaşım planına riayət Orqanik engagement trendi Şərtlər: İş qrafiki: B.e–Cümə 09:00–18:00 (bəzən çəkiliş səbəbi ilə çevik saatlar) Əməkhaqqı: 650–800 AZN + bonus Rəsmi əmək müqaviləsi Çəkilişlər üçün korporativ dəstək (məkan koordinasiyası) Uyğun namizədlər göstərilən mail ünvanına SMM başlıqlı CV göndərə bilər.

Bakı