Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
Elektrik mühəndisi

Səyyar elektrik stansiya maşinisti (Yevlax)

Səyyar elektrik stansiya maşinisti (Yevlax)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 fevral 2026

Son Tarix: 9 mart 2026

Təsvir

  • Gərginliyi 35 kV 3-cü mürəkkəblik dərəcəsindən olan yarımstansiyaların (YS) yaxud 2-ci YS-sız 2-ci mürəkkəblik dərəcəsindən olan paylaşdırıcı şəbəkələrin avadanlıqlarına operativ və texniki xidmət göstərmək;

  • Gərginlik, yük temperaturu və digər parametrlər üzrə qoyulmuş rejimləri təyin etmək;

  • Stansiyanın paylaşdırıcı quruluşunda və paylaşdırıcı şəbəkələrdə operativ rejim çevirmələrini, qəza ləğv edilərkən operativ çevirmələri aparmaq, avadanlığa baxış keçirtmək;

  • Paylaşdırıcı şəbəkələrin avadanlıqlarında, xüsusi ehtiyacların idarə lövhəsində və yığımında, kommutasiya aparatlarının intiqallarında, açıq və qapalı YS quruluşunun ikinci kommutasiya dövrəsində zədələnmələrin yerini təyin etmək və onları ləğv etmək.

Tələblər

Müvafiq sahə üzrə peşə təhsili;

Sahə üzrə minimum 1 il iş təcrübəsi;

Elektrik təhlükəsizliyi qrupu üzrə sertifikat və ya vəsiqə;

Xidmət edilən stansiyanın və paylaşdırma məntəqələrinin operativ cərəyanın və elektromaqnit-bloklamalarının sxemlərinə aid biliklər;

Avtomatika və telemexanika qurğularının operativ xidmət qaydaları üzrə biliklər;

Elektrotexnikanın əsaslarına aid biliklər.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9915

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yol montyoru Şəki

Tam Ştat

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək.