Yol montyoru Şəki
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq;
İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq;
İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq;
Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq;
Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək;
Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq;
Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək;
Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək.
Tələblər
Təhsil: Tam orta;
Yolda istifadə olunan materiallar, iş alətləri və mühafizə vasitələri haqqında məlumatlı olmaq;
Fiziki işə və açıq havada işləməyə dözümlü olmaq;
İstehsalat və yol təhlükəsizliyi qaydaları barədə məlumatlı olmaq.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10183
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+