Ana Səhifə
Vakansiyalar

SƏTƏMM və KN idarəsi / Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis

SƏTƏMM və KN idarəsi / Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 11 mart 2026

Təsvir

  • Gündəlik olaraq ərazilər üzrə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası yoxlamalarının həyata keçirilməsi ;

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;

  • İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;

  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;

  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;

  • Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanması;

  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;

  • Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət;

  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;

  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;

  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin verməsi;

  • Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə nnovativ vasitələrin tətbiq edilməsi.;

  • Region hava limanlarında Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası işinin təşkilinə nəzarət

  • xarakterli ezamlar.

Tələblər

  • Ali təhsil (Texniki sahə üzrə);

  • SƏTƏMM sahəsində minimum 2–3 il praktik iş təcrübəsi;

  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;

  • NEBOSH, İOSH sertifikatlarının olması üstünlükdür;

  • Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;

  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;

  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;

  • Danışıqların aparılması bacarığı;

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

  • Azərbaycan dili – səlis, İngilis dili, Rus dili - yaxşı.

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10485

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Məhsul sahibi / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Tam Ştat

Omnichannel üzrə məhsulun planlanması, qurulması və gündəlik inkişaf proseslərini idarə etmək; Müştərinin müxtəlif kanallarda (veb, mobil tətbiq, çağrı mərkəzi, fiziki xidmət nöqtələri və s.) eyni və ardıcıl müştəri təcrübəsi yaşamasını təmin etmək ; Müxtəlif kanallarda mövcud olan müştəri təcrübəsini təhlil etmək, problemləri, uyğunsuzluqları və inkişaf imkanlarını müəyyənləşdirmək; Biznesdən gələn tələbləri konkret və icra edilə bilən məhsul tapşırıqlarına çevirmək; Məhsul üzrə prosesləri və icra ediləcək işləri formalaşdırmaq, onların vacibliyini və hansı ardıcıllıqla icra olunacağını müəyyən etmək; Məhsul üzrə görülən işlərin plan üzrə və vaxtında icra olunmasına nəzarət etmək; Kanallar arasında funksiyaların, məzmunun və ümumi müştəri təcrübəsinin uyğun və əlaqəli olmasını təmin etmək; Məhsulla bağlı tələbləri, gözləntiləri və nəticələri aydın və başa düşülən şəkildə sənədləşdirmək; Məhsulun tətbiqi zamanı ortaya çıxan problemləri vaxtında aşkar etmək və həllinə dəstək vermək; Məhsulun real istifadəsini izləmək, hansı funksiyaların effektiv işlədiyini və hansının əlavə inkişaf tələb etdiyini müəyyənləşdirmək; Müştəri rəyləri və istifadə məlumatlarına əsaslanaraq müştəri təcrübəsini davamlı şəkildə yaxşılaşdırmaq; Platformalar arasında məlumatların düzgün, ardıcıl və əlaqəli şəkildə işləməsinə nəzarət etmək; Məhsul üzrə təqdimatlar, qısa hesabatlar və yenilənmələr hazırlamaq; Məhsulun daxili qaydalara, təhlükəsizlik və məlumatların qorunması tələblərinə uyğun olmasını təmin etmək; Omnichannel məhsulun daha səmərəli idarə olunması üçün proseslərin təkmilləşdirilməsinə töhfə vermək.