Rəsmi Şəxslərə, Nümayəndələrə və VİP Sərnişinlərə Xidmət üzrə İdarə/Çağrı mərkəzi üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 9 mart 2026
Təsvir
Çağrı mərkəzinə daxil olan zənglərin və sifarişlərin qəbulu;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 nömrəli qərarı üzrə tələblərin bilinməsi və tətbiqi;
Sərnişinlərin sistemində sifarişlərin düzgün qeydiyyatının aparılması;
Mövcud xidmətlər və digər hava limanlarında xidmətlərin təşkili imkanları barədə maraqlanan şəxslərə ətraflı məlumatın verilməsi;
Sərnişinlərə xidmət prosesində iştirak edən aidiyyəti struktur bölmələrinin əməkdaşları ilə effektiv qarşılıqlı fəaliyyətin təmin olunması;
İşə başladıqda növbə üzrə bütün yeni göstərişlərlə tanış olmaq və növbə təhvil-təslim zamanı müvafiq məlumatları digər mütəxəssislərə ötürülməsi;
Xidmətlərlə bağlı statistik məlumatların müəyyən olunmuş formaya uyğun olaraq gündəlik və aylıq hesabat şəklində rəhbərliyə təqdim edilməsi;
Sərnişinlərlə ünsiyyət zamanı danışıq və xidməti etika qaydalarına ciddi riayət olunması.
Tələblər
Ali təhsil (bakalavr dərəcəsi);
Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı;
Müştəri xidməti və ya çağrı mərkəzi sahəsində minimum 1 il iş təcrübəsi;
Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
Çoxsaylı tapşırıqları yerinə yetirmək və sürətli iş mühitində işləmək bacarığı;
Analitik düşünmə və əməliyyatların optimallaşdırılması qabiliyyəti;
Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmək bacarığı.
İş rejimi: Növbəli
İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10483
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+