Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Məhsul sahibi / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Məhsul sahibi / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 mart 2026

Son Tarix: 15 mart 2026

Təsvir

  • Omnichannel üzrə məhsulun planlanması, qurulması və gündəlik inkişaf proseslərini idarə etmək;

  • Müştərinin müxtəlif kanallarda (veb, mobil tətbiq, çağrı mərkəzi, fiziki xidmət nöqtələri və s.) eyni və ardıcıl müştəri təcrübəsi yaşamasını təmin etmək ;

  • Müxtəlif kanallarda mövcud olan müştəri təcrübəsini təhlil etmək, problemləri, uyğunsuzluqları və inkişaf imkanlarını müəyyənləşdirmək;

  • Biznesdən gələn tələbləri konkret və icra edilə bilən məhsul tapşırıqlarına çevirmək;

  • Məhsul üzrə prosesləri və icra ediləcək işləri formalaşdırmaq, onların vacibliyini və hansı ardıcıllıqla icra olunacağını müəyyən etmək;

  • Məhsul üzrə görülən işlərin plan üzrə və vaxtında icra olunmasına nəzarət etmək;

  • Kanallar arasında funksiyaların, məzmunun və ümumi müştəri təcrübəsinin uyğun və əlaqəli olmasını təmin etmək;

  • Məhsulla bağlı tələbləri, gözləntiləri və nəticələri aydın və başa düşülən şəkildə sənədləşdirmək;

  • Məhsulun tətbiqi zamanı ortaya çıxan problemləri vaxtında aşkar etmək və həllinə dəstək vermək;

  • Məhsulun real istifadəsini izləmək, hansı funksiyaların effektiv işlədiyini və hansının əlavə inkişaf tələb etdiyini müəyyənləşdirmək;

  • Müştəri rəyləri və istifadə məlumatlarına əsaslanaraq müştəri təcrübəsini davamlı şəkildə yaxşılaşdırmaq;

  • Platformalar arasında məlumatların düzgün, ardıcıl və əlaqəli şəkildə işləməsinə nəzarət etmək;

  • Məhsul üzrə təqdimatlar, qısa hesabatlar və yenilənmələr hazırlamaq;

  • Məhsulun daxili qaydalara, təhlükəsizlik və məlumatların qorunması tələblərinə uyğun olmasını təmin etmək;

  • Omnichannel məhsulun daha səmərəli idarə olunması üçün proseslərin təkmilləşdirilməsinə töhfə vermək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali

  • Product owner vəzifəsində minimum 4-5 il iş təcrübəsi;

  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;

  • Təqdimat bacarıqlar

  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;

  • Danışıqların aparılması bacarığı;

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;

  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).

Texniki bacarıqlar :

Backlog və işlərin idarə olunması;

  • Jira

  • Azure DevOps (və ya oxşar)

Sənədləşmə və təqdimatlar:

  • Confluence

  • Microsoft Word

  • Microsoft PowerPoint

Analitika və hesabat :

  • Microsoft Excel

  • Power BI və ya Tableau

  • Google Analytics və ya oxşar

Müştəri və Omnichannel platformaları:

  • CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP

  • CRM və ya oxşar)

  • Müştəri xidmət platformaları (Zendesk, Freshdesk və ya

  • oxşar)

Dizayn və proses alətləri:

  • Miro

  • Figma (oxuma və rəy səviyyəsində)

Sistemlər üzrə ümumi anlayış:

  • Web və mobil tətbiqlər

  • Login və istifadəçi profili sistemləri

  • API anlayışı (texniki olmayan səviyyədə)

Test və qəbul:

  • UAT prosesləri

  • ira və ya oxşar test izləmə alətləri

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10403

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Aparıcı IT Biznes Analitik / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Tam Ştat

Omnichannel layihəsi üzrə biznes ehtiyacları ilə texniki həllər arasında əsas əlaqələndirici rolunu icra etmək; Müxtəlif kanalları əhatə edən mövcud biznes proseslərini və müştəri təcrübəsini dərin təhlil etmək, problemləri və sistem boşluqlarını müəyyənləşdirmək; Biznes tərəfləri ilə birbaşa işləyərək tələbləri formalaşdırmaq, dəqiqləşdirmək və prioritetləşdirmək; Kompleks biznes ehtiyaclarını aydın, strukturlaşdırılmış və icra oluna bilən funksional tələblərə çevirmək; Omnichannel platformalar üzrə sistemlərin necə işləməli olduğunu ümumi məntiq səviyyəsində təsvir etmək; Müxtəlif sistemlər arasında məlumat axınlarını, inteqrasiya məntiqini və asılılıqları izah etmək; Layihə boyunca tələblərin düzgün başa düşülməsini və texniki icra zamanı düzgün tətbiq olunmasını təmin etmək; Tələblərdə yaranan dəyişikliklərin təsirini qiymətləndirmək və düzgün şəkildə idarə olunmasına dəstək vermək; Texniki və qeyri-texniki tərəflər arasında kommunikasiyanı təmin etmək, qərarların verilməsinə analitik dəstək göstərmək; Yeni funksiyaların biznes məqsədlərinə uyğunluğunu yoxlamaq və qəbul prosesində aktiv iştirak etmək; Test mərhələsində biznes baxımından yoxlamalara rəhbərlik etmək, uyğunsuzluqları müəyyənləşdirmək; Layihə üzrə əsas riskləri, boşluqları və məhdudiyyətləri əvvəlcədən müəyyən edərək idarə olunmasına töhfə vermək; Funksional sənədlər, proses təsvirləri və izah materiallarını hazırlanmasını təmin etmək; Layihə üzrə rəhbərlik və əsas maraqlı tərəflər üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq; Omnichannel layihəsinin daha səmərəli və dayanıqlı qurulması üçün proses təkmilləşdirmələri təklif etmək.