Sərnişin Təcrübəsinin Tərtibatı üzrə Aparıcı Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 11 mart 2026
Təsvir
Sərnişin yol xəritələri (Passenger Journey Map) və xidmət sxemləri (Service Blueprint) hazırlanmasına və yenilənməsinə rəhbərlik etmək;
Sərnişin təcrübəsi üzrə təkmilləşdirmə layihələri və yeni xidmət təşəbbüslərini idarə etmək, layihələrin planlaşdırılması, icrası və nəticələrinin ölçülməsini təmin etmək;
Hava limanının vebsaytı, rəqəmsal kanalları və mobil tətbiqləri üzrə istifadəçi təcrübəsini (UX) qiymətləndirmək, boşluqları müəyyənləşdirmək və təkmilləşdirmə həlləri təklif etmək;
Qlobal CX ən yaxşı təcrübələrini araşdırmaq və onları yerli hava limanı əməliyyatlarına uyğunlaşdırmaq;
Ümumi sərnişin məmnuniyyətinə təsir edən amilləri müəyyənləşdirərək inkişaf planları hazırlamaq;
ASQ, NPS, rəqəmsal rəy sistemləri, şikayətlər və müşahidələr əsasında əsas touchpoint-lər üzrə təcrübə boşluqlarını analiz etmək;
Operativ xidmət bölmələri (təhlükəsizlik, xidmət, təmizlik, IT, rəqəmsal transformasiya və s.) ilə sıx əməkdaşlıq edərək təcrübə yönümlü layihələri koordinasiya etmək;
Təcrübə dizaynı üzrə hesabatlar, təhlillər və rəhbərlik üçün təqdimatlar hazırlamaq.
Tələblər
Təhsil: İdarəetmə və ya əlaqəli sahədə ali təhsil;
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
Layihə idarəetməsi üzrə ən azı 3 il iş təcrübəsi;
Journey Mapping, Service Blueprinting, UX dizayn prinsipləri və CX metodologiyaları üzrə biliklər;
Rəqəmsal kanalların istifadəsi və UX təhlili üzrə təcrübə;
Layihə idarəetməsi (Agile, Scrum və ya oxşar metodologiyalar üstünlükdür) üzrə bacarıqlar;
Analitik təhlil etmə bacarığı;
Problemi həll etmə bacarığı;
Komandada işləmək bacarığı.
İş rejimi:5 günlük/ 09:00-18:00
İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10484
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+