SƏTƏMM üzrə mühəndis (Naxçıvan şəhəri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
İşçilərin əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirilməsi
İş yerlərində təhlükəli hallar, insidentlər və qəza risklərinin qiymətləndirilməsi
Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət
Müəssisədə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühit üzrə nəzarətin təşkili və icrası;
Risklərin qiymətləndirilməsini aparmaq, təhlükəli işlərin qarşısının alınması üçün tədbirlər planı hazırlamaq;
İş yerlərində planlı və qəfil SƏTƏM yoxlamalarını həyata keçirmək;
Qəza, bədbəxt hadisə və insidentlərin araşdırılmasında iştirak etmək, aktların hazırlanmasını təmin etmək;
İşçilər üçün ilkin, təkrar və dövri SƏTƏM təlimatlandırmalarını təşkil etmək və nəzarətdə saxlamaq;
Yanğın təhlükəsizliyi tədbirlərinə, təxliyyə planlarının icrasına nəzarət etmək;
Tullantıların idarə olunması, kimyəvi maddələrin təhlükəsiz dövriyyəsinə nəzarət etmək;
SƏTƏM üzrə təlimatlar, prosedurlar və daxili normativ sənədləri hazırlamaq;
Dövlət nəzarət orqanları (FHN, Əmək Müfəttişliyi və s.) ilə işlər zamanı müəssisəni təmsil etmək;
Aylıq və illik SƏTƏM hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
SƏTƏM üzrə texniklərin və sahə üzrə məsul şəxsləsrin fəaliyyətinə nəzarət etmək.
Tələblər
Ali texniki təhsil (Əməyin mühafizəsi, mühəndislik, ekologiya və ya oxşar sahələr üzrə);
SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyini bilməli;
Azərbaycan Respublikasının Əməyin Mühafizəsi və Əməyin Təhlükəsizliyi ilə bağlı normativ tələbləri bilməli;
Güclü kommunikasiya və təlim keçmə bacarığı;
Komandada işləmək və operativ qərar vermək bacarığı;
Beynəlxalq SƏTƏM sertifikatları FHN şəhadətnaməsi;
ISO 45001, ISO 14001 bilikləri üstünlükdür;
Kompüter bilikləri (MS Word, Excel, PowerPoint);
Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
Ünsiyyət və təqdimat bacarığı;
Azərbaycan dili – səlis, (rus və ya ingilis dili üstünlükdür);
İş şəraiti:
İş vaxtı: Növbəli;
İş yeri: Naxçıvan şəhəri
Təcrübəyə və bilik səviyyəsinə uyğun rəqabətədavamlı əmək haqq
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini **CV@bakubus.az**elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Baku Bus
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10411
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə