Baş məsləhətçi - hüquqşünas
Vəzifə öhdəlikləri
Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması;
Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə , qüvvədə olma və s.) nəzarəti həyata keçirmək;
Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;