IT Bölmə rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
İnformasiya texnologiyaları üzrə strategiyanın hazırlanması və icrasının təmin edilməsi
Depolar üzrə İT əməliyyatlarının, infrastrukturun və texnoloji xidmətlərin vahid idarə olunmasını təmin etmək
Rəqəmsallaşma və avtomatlaşdırma layihələrini idarə etmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək
Təşkilatın korporativ şəbəkə infrastrukturunun (LAN/WAN, Data Mərkəzi, VPN və s.) idarə olunması və inkişaf etdirilməsi
İT siyasətləri, standartlar və idarəetmə çərçivəsini formalaşdırmaq (IT Governance)
İnformasiya təhlükəsizliyi siyasətlərinin, standartlarının və prosedurlarının hazırlanması və tətbiqi
Firewall, IDS/IPS, SIEM, EDR və digər təhlükəsizlik sistemlərinin idarə olunması və təkmilləşdirilməsi
Kiber risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin həyata keçirilməsi
İnformasiya sistemlərinin monitorinqi, ehtiyat nüsxələmə və bərpa proseslərinin idarə olunması
Şəbəkə və sistemlərin fasiləsizliyinin təmin edilməsi, fövqəladə hallara hazırlıq (BCP/DR) mexanizmlərinin tətbiqi
Bölmə əməkdaşlarının fəaliyyətinin təşkili, idarə olunması və peşəkar inkişafının təmin edilməsi
Rəhbərliyə İT infrastrukturu və informasiya təhlükəsizliyi üzrə vəziyyət, kiber risklər, sistemlərin dayanıqlığı və texnoloji inkişaf istiqamətlərini əhatə edən strateji hesabatların, o cümlədən texnoloji yol xəritəsinin təqdim edilməsi.
Tələblər
Tələb olunan biliklər və bacarıqlar:
Ali təhsil (IT sahəsi üzrə)
Şəbəkə və sistem sahəsində minimum 5 il iş təcrübə
Enterprise şəbəkələr, routing/switching, VPN, network segmentation üzrə dərin bilik
Firewall (Fortinet / Cisco və s.), IDS/IPS, SIEM, EDR sistemləri ilə praktiki təcrübə
Windows/Linux server, virtualizasiya (VMware/Hyper-V) və Data Center infrastrukturu üzrə bilik
Penetration testing, vulnerability management və risk qiymətləndirmə üzrə anlayış
IT Governance, Risk Management və Information Security Framework-lər üzrə bilik
Komanda ilə işləmək, Liderlik, qərarvermə və böhran idarəetmə bacarığı
Analitik düşüncə və strateji planlaşdırma qabiliyyəti
Azərbaycan dili – sərbəst (mütləq)
İngilis dili – orta / yuxarı-orta (B1–B2)
Sertifikatlara üstünlük veriləcək
İş şəraiti:
İş günləri: Həftənin 5 günü (İstirahət günləri: şənbə, bazar)
İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
İş yeri: Bakı şəhəri
Peşəkar inkişaf üçün perspektiv
Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Baku Bus
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9796
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə