Kiçik Şəbəkə administratoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 fevral 2026

Son Tarix: 25 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Lokal şəbəkənin (LAN) idarə olunması, optimallaşdırılması və genişləndirilməsi

  • Cisco, HP/HPE, FortiSwitch və TP-Link şəbəkə avadanlıqlarının idarə olunması

  • VLAN-ların yaradılması, port təhlükəsizliyinin təmin edilməsi, Trunk və Access konfiqurasiyalarının aparılması

  • Şəbəkə topologiyasının hazırlanması, sənədləşdirilməsi və yenilənməsi

  • Service Desk, SOC və digər komandalarla əməkdaşlıq edərək daxil olan müraciətlərin icrası və problemlərin operativ həlli

  • Şəbəkə infrastrukturunun gündəlik və profilaktik dəstəklənməsi

  • Şəbəkə monitorinqinin aparılması (Zabbix / PRTG)

  • Firewall üzərində təhlükəsizlik siyasətlərinin, NAT, Routing və Virtual IP konfiqurasiyalarının icrası

  • VPN (Site-to-Site, Remote Access) bağlantılarının qurulması və idarə olunması

Tələblər

Tələb olunan biliklər və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil

  • Şəbəkə inzibatçılığı sahəsində minimum 1–3 il iş təcrübəsi

  • TCP/IP, DNS, DHCP, VLAN, Routing, Switching və VPN texnologiyaları üzrə biliklər

  • Cisco, HPE Aruba, FortiGate və TP-Link şəbəkə avadanlıqları ilə iş təcrübəsi

  • Ubiquiti UniFi və HPE Aruba wireless texnologiyaları üzrə biliklər

  • NGFW (Palo Alto / FortiGate) üzrə ilkin biliklər

  • Analitik düşüncə və problem həll etmə bacarığı

  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı

  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili bilikləri arzuolunandır

Üstünlük veriləcək sertifikatlar:

  • CCNA, NSE4

İş şəraiti:

  • İş günləri: Həftənin 5 günü (İstirahət günləri: şənbə, bazar)

  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)

  • İş yeri: Bakı şəhəri

  • Peşəkar inkişaf üçün perspektiv

  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9797

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

IT Bölmə rəhbəri

Tam Ştat

Vəzifə öhdəlikləri: İnformasiya texnologiyaları üzrə strategiyanın hazırlanması və icrasının təmin edilməsi Depolar üzrə İT əməliyyatlarının, infrastrukturun və texnoloji xidmətlərin vahid idarə olunmasını təmin etmək Rəqəmsallaşma və avtomatlaşdırma layihələrini idarə etmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək Təşkilatın korporativ şəbəkə infrastrukturunun (LAN/WAN, Data Mərkəzi, VPN və s.) idarə olunması və inkişaf etdirilməsi İT siyasətləri, standartlar və idarəetmə çərçivəsini formalaşdırmaq (IT Governance) İnformasiya təhlükəsizliyi siyasətlərinin, standartlarının və prosedurlarının hazırlanması və tətbiqi Firewall, IDS/IPS, SIEM, EDR və digər təhlükəsizlik sistemlərinin idarə olunması və təkmilləşdirilməsi Kiber risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin həyata keçirilməsi İnformasiya sistemlərinin monitorinqi, ehtiyat nüsxələmə və bərpa proseslərinin idarə olunması Şəbəkə və sistemlərin fasiləsizliyinin təmin edilməsi, fövqəladə hallara hazırlıq (BCP/DR) mexanizmlərinin tətbiqi Bölmə əməkdaşlarının fəaliyyətinin təşkili, idarə olunması və peşəkar inkişafının təmin edilməsi Rəhbərliyə İT infrastrukturu və informasiya təhlükəsizliyi üzrə vəziyyət, kiber risklər, sistemlərin dayanıqlığı və texnoloji inkişaf istiqamətlərini əhatə edən strateji hesabatların, o cümlədən texnoloji yol xəritəsinin təqdim edilməsi.

Baş məsləhətçi - hüquqşünas

Tam Ştat

Vəzifə öhdəlikləri Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması; Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək; Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək; Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə , qüvvədə olma və s.) nəzarəti həyata keçirmək; Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək; Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;