Sətəm üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 30 mart 2026
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
Peşə xəstəlikləri və istehsalat qəzalarının qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin həyata keçirilməsini təşkil etmək.
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı qaydalara və qanunvericiliyə əsasən nəzarət işlərini icra etmək.
Yeni qaydalar, proseslər, prosedurlar, daxili normativ aktlar və sahə standartlarının hazırlanmasında iştirak etmək.
Təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı təkliflər hazırlamaq və onun təmin olunmasına nəzarət etmək.
İş yerlərində təlimatların keçirilməsini və müvafiq jurnallarda qeyd olunmasını izləmək.
Sanitar-gigiyena norma və qaydalarına əməl olunmasına nəzarət etmək.
Avadanlıq və cihazların təhlükəsiz istismarına nəzarət etmək.
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasını izləmək.
Zərurət yarandıqda SƏTƏMM üzrə təlimlər keçirmək.
Əmək və yanğın təhlükəsizliyi tələblərinə işçilər, podratçılar və ziyarətçilər tərəfindən əməl olunmasına nəzarət etmək.
İstehsalat travmatizminin və peşə xəstəliklərinin səbəblərini təhlil etmək və uçotunu aparmaq.
Zərərli istehsalat amillərinin ölçülməsini və texniki təhlükəsizlik qiymətləndirilməsini təşkil etmək.
Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası və əməyin mühafizəsi üzrə sertifikatlaşdırma proseslərinə rəhbərlik və nəzarət etmək.
İşçilərin tibbi müayinələrə cəlb olunmalı olduğu vəzifələrin siyahısının tərtibinə kömək etmək.
Texniki qurğuların və kollektiv mühafizə vasitələrinin uyğunluğunun yoxlanılmasında iştirak etmək.
Departamentin digər struktur bölmələri ilə koordinasiyalı işləmək.
Rüblük, yarımillik və illik fəaliyyətin təhlilini aparmaq və müvafiq hesabatları təqdim etmək.
İldə bir dəfə şöbəyə aid sənədlərin auditini təşkil etmək.
İstehsalatda əməyin mühafizəsi üzrə strateji məqsədlərin həyata keçirilməsinə töhfə vermək.
Tələblər
Səndən gözlədiklərimiz:
Ali təhsil.
Müvafiq sahə üzrə (SƏTƏMM) təcrübəyə malik olmaq.
Sağlam və təhlükəsiz iş şəraiti təşkil etmək.
Real istehsalat risklərini müəyyən etmək.
SƏTƏMM sahəsinə aid sənədləri tərtib etmək.
Öz sahəsinə aid normativ hüquqi aktları və metodik göstərişləri bilmək.
“Aztelekom” MMC-nin struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq qurmaq.
Region və Bakı filialları ilə koordinasiyalı şəkildə işləmək.
Necə Müraciət Etmək Olar
Aztelekom
Technology
Aztelekom MMC Azərbaycan Respublikasının milli rabitə operatoru kimi fəaliyyət göstərən telekommunikasiya şirkətidir. Şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri təqdim edir. “Aztelekom”un əvvəlki strukturu olan Aztelekom İstehsalat Birliyi 2015-ci ildə yenidən təşkil edilərək MMC formatında fəaliyyətini davam etdirib. Hazırda Aztelekom 57 yerli telekommunikasiya müəssisəsini, eləcə də Beynəlxalq Avtomat Telefon Stansiyası (IATS) və Kabel İnfrastrukturu Xidmət Mərkəzini birləşdirən geniş şəbəkə ilə xidmət göstərir. Şirkət həmçinin keyfiyyət idarəetməsi üzrə ISO 9001:2015 sertifikatı əldə edib və telekommunikasiya/İT sektorunda müxtəlif mükafatlarla təltif olunub.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9933
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+