Hüquqşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 21 mart 2026
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansi missiya gözləyir:
Şirkətin fəaliyyəti prosesində qarşıya çıxan telekommunikasiya, mülki, maliyyə, vergi, audit, gömrük, sığorta, əmək, satınalma, inzibati, təhlükəsizlik, həmçinin rəhbərliyin tapşırığı ilə digər məsələlərə dair hüquqi dəstək, yazılı və şifahi məsləhətlərin verilməsi, sorğuların cavablanması, arayışlar və rəylərin hazırlanması
Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla bütün növ müqavilələrin / onlara əlavələrin tərtib etmək, Müqavilələrin / onlara əlavələrinin hüquqşünas kimi yoxlamaq və rəy vermək
Səlahiyyətinə aid sahə üzrə dövlət, məhkəmə və icra orqanlarında, 3-cü şəxslər qarşısında təmsil etmək, şirkətin maraqlarının müdafisəi üçün zəruri sənədləri hazırlamaq
Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy vermək
İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək
İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək
Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək
Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək
Müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək vermək, hüquqi əhəmiyyətli yazışmaları icra etmək
Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatları hazırlamaq.
Tələblər
Səndən gözlədiklərimiz:
Təhsil: Ali Təhsil (Hüquq fakultəsi, Hüquqşünas)
Təcrübə: Korporativ (kommersiya) hüquq sahəsində ən az 1-3 il iş təcrübəsi. Telekomunikasiya və müqavilə hüququ sahəsində, həmçinin normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi üstünlükdür
Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı. İnglis və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı üstülükdür
Hüquqi nitq və yazışma qabiliyyəti
MS Office kompüter proqramlaından sərbəst istifadə etmək bacarığı
Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmaq
İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmaq.
Necə Müraciət Etmək Olar
Aztelekom
Technology
Aztelekom MMC Azərbaycan Respublikasının milli rabitə operatoru kimi fəaliyyət göstərən telekommunikasiya şirkətidir. Şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri təqdim edir. “Aztelekom”un əvvəlki strukturu olan Aztelekom İstehsalat Birliyi 2015-ci ildə yenidən təşkil edilərək MMC formatında fəaliyyətini davam etdirib. Hazırda Aztelekom 57 yerli telekommunikasiya müəssisəsini, eləcə də Beynəlxalq Avtomat Telefon Stansiyası (IATS) və Kabel İnfrastrukturu Xidmət Mərkəzini birləşdirən geniş şəbəkə ilə xidmət göstərir. Şirkət həmçinin keyfiyyət idarəetməsi üzrə ISO 9001:2015 sertifikatı əldə edib və telekommunikasiya/İT sektorunda müxtəlif mükafatlarla təltif olunub.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9179
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+