Ana Səhifə
Vakansiyalar

CV-nizi bazaya əlavə edin

CV-nizi bazaya əlavə edin

Technology

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 fevral 2026

Son Tarix: 30 dekabr 2027

Təsvir

Hazırda gözləntilərinizə uyğun vakansiya yoxdursa, CV-nizi bazamıza əlavə edə bilərsiniz. Müraciətiniz nəzərdən keçirildikdən sonra uyğun ola biləcək vakansiyalar üçün sizin namizədliyiniz dəyərləndiriləcəkdir.

Necə Müraciət Etmək Olar

Aztelekom

Aztelekom

Technology

Aztelekom MMC Azərbaycan Respublikasının milli rabitə operatoru kimi fəaliyyət göstərən telekommunikasiya şirkətidir. Şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri təqdim edir. “Aztelekom”un əvvəlki strukturu olan Aztelekom İstehsalat Birliyi 2015-ci ildə yenidən təşkil edilərək MMC formatında fəaliyyətini davam etdirib. Hazırda Aztelekom 57 yerli telekommunikasiya müəssisəsini, eləcə də Beynəlxalq Avtomat Telefon Stansiyası (IATS) və Kabel İnfrastrukturu Xidmət Mərkəzini birləşdirən geniş şəbəkə ilə xidmət göstərir. Şirkət həmçinin keyfiyyət idarəetməsi üzrə ISO 9001:2015 sertifikatı əldə edib və telekommunikasiya/İT sektorunda müxtəlif mükafatlarla təltif olunub.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7588

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sətəm üzrə aparıcı mütəxəssis

Tam Ştat

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansı missiya gözləyir? Peşə xəstəlikləri və istehsalat qəzalarının qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin həyata keçirilməsini təşkil etmək. Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı qaydalara və qanunvericiliyə əsasən nəzarət işlərini icra etmək. Yeni qaydalar, proseslər, prosedurlar, daxili normativ aktlar və sahə standartlarının hazırlanmasında iştirak etmək. Təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı təkliflər hazırlamaq və onun təmin olunmasına nəzarət etmək. İş yerlərində təlimatların keçirilməsini və müvafiq jurnallarda qeyd olunmasını izləmək. Sanitar-gigiyena norma və qaydalarına əməl olunmasına nəzarət etmək. Avadanlıq və cihazların təhlükəsiz istismarına nəzarət etmək. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasını izləmək. Zərurət yarandıqda SƏTƏMM üzrə təlimlər keçirmək. Əmək və yanğın təhlükəsizliyi tələblərinə işçilər, podratçılar və ziyarətçilər tərəfindən əməl olunmasına nəzarət etmək. İstehsalat travmatizminin və peşə xəstəliklərinin səbəblərini təhlil etmək və uçotunu aparmaq. Zərərli istehsalat amillərinin ölçülməsini və texniki təhlükəsizlik qiymətləndirilməsini təşkil etmək. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası və əməyin mühafizəsi üzrə sertifikatlaşdırma proseslərinə rəhbərlik və nəzarət etmək. İşçilərin tibbi müayinələrə cəlb olunmalı olduğu vəzifələrin siyahısının tərtibinə kömək etmək. Texniki qurğuların və kollektiv mühafizə vasitələrinin uyğunluğunun yoxlanılmasında iştirak etmək. Departamentin digər struktur bölmələri ilə koordinasiyalı işləmək. Rüblük, yarımillik və illik fəaliyyətin təhlilini aparmaq və müvafiq hesabatları təqdim etmək. İldə bir dəfə şöbəyə aid sənədlərin auditini təşkil etmək. İstehsalatda əməyin mühafizəsi üzrə strateji məqsədlərin həyata keçirilməsinə töhfə vermək.

Əmək Münasibətləri və Daxili Araşdırmalar üzrə Baş Mütəxəssis

Tam Ştat

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansı missiya gözləyir? Əməkdaşlardan və əməkdaşlarla bağlı bütün şikayət, müraciət və məlumatların qəbul edilməsi və qeydiyyata alınması. Müraciətlərin mövzularına uyğun olaraq qruplaşdırılması, ilkin qiymətləndirilməsi və müvafiq şöbələrə yönləndirilməsi. Hər bir müraciət üzrə obyektiv, qərəzsiz və hərtərəfli araşdırmaların aparılması. Araşdırma zamanı müvafiq sənədlərin toplanması, tərəflərdən (şikayətçi, cavabdeh, şahid) yazılı və şifahi məlumatların alınması və izahatların sənədləşdirilməsi. Toplanmış məlumatların şirkətin daxili siyasətləri və Əmək Qanunvericiliyinə uyğun təhlil edilməsi. Müraciətin tələblərinə əsasən digər şöbələrlə sıx əməkdaşlıq edilməsi. Araşdırmanın yekun nəticələri üzrə əsaslandırılmış rəy və hesabatların hazırlanması. Təklif olunan qərarların (intizam tədbirləri, prosedur dəyişiklikləri) icrasının izlənməsi. Şikayətlərin təhlili və iş mühitinin yaxşılaşdırılması üçün tövsiyələrin verilməsi. Bütün araşdırma prosesinin biznes etikası və məlumatların gizliliyinə tam riayət etməklə sənədləşdirilməsi, qeydiyyatı və arxivləşdirilməsi.

Hüquqşünas

Tam Ştat

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansi missiya gözləyir: Şirkətin fəaliyyəti prosesində qarşıya çıxan telekommunikasiya, mülki, maliyyə, vergi, audit, gömrük, sığorta, əmək, satınalma, inzibati, təhlükəsizlik, həmçinin rəhbərliyin tapşırığı ilə digər məsələlərə dair hüquqi dəstək, yazılı və şifahi məsləhətlərin verilməsi, sorğuların cavablanması, arayışlar və rəylərin hazırlanması Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla bütün növ müqavilələrin / onlara əlavələrin tərtib etmək, Müqavilələrin / onlara əlavələrinin hüquqşünas kimi yoxlamaq və rəy vermək Səlahiyyətinə aid sahə üzrə dövlət, məhkəmə və icra orqanlarında, 3-cü şəxslər qarşısında təmsil etmək, şirkətin maraqlarının müdafisəi üçün zəruri sənədləri hazırlamaq Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy vermək İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək Müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək vermək, hüquqi əhəmiyyətli yazışmaları icra etmək Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatları hazırlamaq.