Əmək Münasibətləri və Daxili Araşdırmalar üzrə Baş Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 22 mart 2026
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
Əməkdaşlardan və əməkdaşlarla bağlı bütün şikayət, müraciət və məlumatların qəbul edilməsi və qeydiyyata alınması.
Müraciətlərin mövzularına uyğun olaraq qruplaşdırılması, ilkin qiymətləndirilməsi və müvafiq şöbələrə yönləndirilməsi.
Hər bir müraciət üzrə obyektiv, qərəzsiz və hərtərəfli araşdırmaların aparılması.
Araşdırma zamanı müvafiq sənədlərin toplanması, tərəflərdən (şikayətçi, cavabdeh, şahid) yazılı və şifahi məlumatların alınması və izahatların sənədləşdirilməsi.
Toplanmış məlumatların şirkətin daxili siyasətləri və Əmək Qanunvericiliyinə uyğun təhlil edilməsi.
Müraciətin tələblərinə əsasən digər şöbələrlə sıx əməkdaşlıq edilməsi.
Araşdırmanın yekun nəticələri üzrə əsaslandırılmış rəy və hesabatların hazırlanması.
Təklif olunan qərarların (intizam tədbirləri, prosedur dəyişiklikləri) icrasının izlənməsi.
Şikayətlərin təhlili və iş mühitinin yaxşılaşdırılması üçün tövsiyələrin verilməsi.
Bütün araşdırma prosesinin biznes etikası və məlumatların gizliliyinə tam riayət etməklə sənədləşdirilməsi, qeydiyyatı və arxivləşdirilməsi.
Tələblər
Səndən gözlədiklərimiz:
Hüquq, İnsan Resursları və ya müvafiq sahədə ali təhsil.
İR, Daxili Audit və ya oxşar sahələrdə, xüsusilə şikayətlərin araşdırılması üzrə iş təcrübəsi.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər.
Biznes etikası və davranış qaydaları barədə ətraflı məlumat.
Yüksək araşdırma, analitik təhlil və müsahibə/dinləmə bacarığı.
Konfidensial məlumatlarla işləməkdə yüksək məsuliyyət və etik prinsiplərə sadiqlik.
Münaqişəli və gərgin vəziyyətlərdə obyektivliyi qoruma bacarığı.
Yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
Necə Müraciət Etmək Olar
Aztelekom
Technology
Aztelekom MMC Azərbaycan Respublikasının milli rabitə operatoru kimi fəaliyyət göstərən telekommunikasiya şirkətidir. Şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri təqdim edir. “Aztelekom”un əvvəlki strukturu olan Aztelekom İstehsalat Birliyi 2015-ci ildə yenidən təşkil edilərək MMC formatında fəaliyyətini davam etdirib. Hazırda Aztelekom 57 yerli telekommunikasiya müəssisəsini, eləcə də Beynəlxalq Avtomat Telefon Stansiyası (IATS) və Kabel İnfrastrukturu Xidmət Mərkəzini birləşdirən geniş şəbəkə ilə xidmət göstərir. Şirkət həmçinin keyfiyyət idarəetməsi üzrə ISO 9001:2015 sertifikatı əldə edib və telekommunikasiya/İT sektorunda müxtəlif mükafatlarla təltif olunub.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9395
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+