Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Digər satış işləri

Satınalmaların təşkili şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi

Satınalmaların təşkili şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 20 may 2026

Təsvir

  • Satınalma proseslərinin Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu, NK qərarları və AZCON daxili Satınalma Qaydalarına uyğun icra edilməsi;

  • İllik satınalma planının hazırlanmasında iştirak etmək, satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;

  • Bazarın araşdırılması, vendorlarla əlaqələrin qurulması, qiymətlərin müqayisəsinin aparılması;

  • Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;

  • Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlanması;

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması və təhlil olunması;

  • Satınalma komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

Tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə)

  • İş təcrübəsi: müvafiq sahədə minimum 2 il;

  • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və etender.gov.az portalı üzrə biliklər;

  • Analitik düşüncə və strategik planlaşdırma;

  • İngilis dili və ya rus dili bilikləri (əlavə üstünlük).

  • Kompüter biliyi: MS Office proqramları, 1C 8.3.

Necə Müraciət Etmək Olar

Azərpoçt MMC

Azərpoçt MMC

Other

Azərpoçt MMC Azərbaycanın dövlətə məxsus milli poçt operatorudur və respublika ərazisində geniş xidmət şəbəkəsi vasitəsilə bütün təbəqə və hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və müasir poçt, e-ticarət, logistika və maliyyə xidmətləri təqdim edir. Şirkət poçt göndərişləri, bağlamalar, sürətli məktub xidmətləri, pulköçürmələri və digər poçt-maliyyə əməliyyatlarını həyata keçirərək müştəri məmnuniyyətini əsas prioritet hesab edir. Azərbaycanın yeganə milli poçt xidməti operatoru kimi Azərpoçt 35 regional poçt filialı və bütün ölkə üzrə poçt şöbələri ilə xidmət göstərir və Beynəlxalq Poçt İttifaqının üzvüdür. Şirkət həmçinin ənənəvi poçt xidmətlərini rəqəmsal transformasiya ilə birləşdirərək mobil tətbiqlər, karqo xidməti, “Postamat” öz-özünə xidmət poçt qutuları və beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya olunmuş maliyyə xidmətləri də təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14388

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya