Satınalmalar departamentinin Müqavilələrin idarə edilməsi və sənədləşmə şöbəsinin müqavilələr üzrə mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
ABB “Satınalmalar departamentinin Müqavilələrin idarə edilməsi və sənədləşmə şöbəsinin müqavilələr üzrə mütəxəssisi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
Bank ilə podratçılar arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələr və razılaşmalar) üzrə proseslərin idarə edilməsi;
Müqavilələrdən irəli gələn xərclərin bankın xərc siyasətinə uyğun olmasına nəzarətin həyata keçirilməsi;
Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçının (malgöndərən) fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə olunması;
Müqavilələrdə müəyyən olunmuş öhdəliklərin icrasına nəzarətin təşkil edilməsi və müqavilələrdən irəli gələn digər zəruri tədbirlərin aidiyyəti strukturlarla razılaşdırmaqla həyata keçirilməsi.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Səlis Azərbaycan və İngilis dili biliyinə (Rus dili arzuolunandır) ;
Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
İnduktiv və analitik təhlil bacarığına;
Komandada işləmək bacarığına;
Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17502
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+