Satınalma üzrə mütəxəssis (Qazax rayonu)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
Müəssisə: Qafqaz Konserv Zavodu MMC
Vəzifə üzrə tələblər:
Müvafiq sahə üzrə ali təhsil.
Sürücülük vəsiqəsi (B Kateqoriyası ).
Satınalma sahəsində minimum 1 il iş təcrübəsi.
Satınalma, tender və təchizat prosesləri üzrə ümumi biliklər.
Analitik düşünmə və bazar araşdırması bacarığı.
Hesabatların hazırlanması və sənədlərlə işləmək bacarığı.
Komanda ilə işləmək və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
Risk təhlili aparmaq və alternativ istehsal bölgələri və istehsalçılarla əlaqə yaratmaq.
Təchizat sifarişlərinin idarə olunmasına nəzarət etmək (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması).
Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatları tərtib etmək.
Məhsulun qablaşdırma standartları üzrə qablaşdırma edən istehsalçılarımızı və ya təchizatçılarımızı öyrətmək və onların planlama proseslərinə nəzarət etmək.
Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırmaq.
Təchizatçı bazasının formalaşdırmaq, qiymətləndirmək və mütəmadi yeniləmək
Tender və sorğuların hazırlamaq, qiymət və şərtlərin müqayisəli təhlil etmək.
Satınalma prosesinin ən əlverişli kommersiya və keyfiyyət şərtləri ilə həyata keçirilməsini təmin etmək.
Meyvə bazarı, Şəmkir Səbət bazarı, Tovuz, Şabran, Xaçmaz və Quba kimi yerli istehsal sahələrindəki topdansatış bazarlarını keyfiyyət və qiymət baxımından düzgün qiymətə düzgün məhsul əldə etmək üçün davamlı olaraq izləmək.
Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatları hazırlamaq və analiz etmək.
Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət etmək.
Müqavilələri hazırlamaq, icrasına nəzarət etmək və müqavilə şərtlərinə əməl olunmasını təmin edilmək.
İş şərtləri:
İş ünvanı: Qazax rayonu
İş qrafiki: 5 günlük, 09:00-18:00
Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis – Qazax” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9393
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+