Nəzarət Ölçü Cihazları üzrə Mütəxəssis (Kürdəmir)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Zavodda istifadə olunan bütün növ nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələrinin iş prinsipini, siqnal növlərini, sistem və elementlərini bilmək və tətbiq etmək
NÖC və avtomatika avadanlıqlarının montajı, istismarı, texniki baxışı, əsaslı təmiri və kalibrasiyasını həyata keçirmək
Nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq, sıradan çıxmış hissələri düzgün metodla dəyişdirmək
Mexaniki (açarlar və s.) və elektrik (tester, kommunikator, kalibrator və s.) alət və avadanlıqlardan düzgün istifadə etmək
Zavodda istifadə olunan lokal avadanlıqların (Filtr Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemlərinin iş prinsipini bilmək və nasazlıqları aradan qaldırmaq
Monitorlu (displeyli) yeni nəsil avadanlıqların parametrlərini tənzimləmək, menyu üzərindən sazlama və kalibrasiya işlərini aparmaq
Sahə cihazlarının elektrik sxemlərini oxumaq, P&ID sxemlərinə əsasən siqnalları düzgün müəyyən etmək
Sahə cihazlarının ayarlanması və kalibrasiyasını həyata keçirmək, LOOP testlərini icra etmək
Təmir və baxım işlərinə başlamazdan əvvəl təhlükəsizlik və hazırlıq tədbirlərini yerinə yetirmək
Proses kontrol nöqtələri və dövrələrinin iş prinsipini analiz etmək və düzgün texniki diaqnoz vermək
Avtomatika cihazlarının elektrik və pnevmatik qidalanma sxemlərini bilmək və tətbiq etmək
Avadanlıqların istismara qəbulu, dövriyyəyə alınması və istismardan çıxarılması proseslərində iştirak etmək
Vəzifə üzrə tələblər:
Ali və ya orta ixtisas təhsili (Avtomatika, Elektronika, Elektrik və ya əlaqədar texniki sahə üzrə)
İstehsalat və ya sənaye müəssisələrində NÖC və avtomatika üzrə minimum 3 il iş təcrübəsi
P&ID və elektrik sxemlərini oxuma bacarığı
Kalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübə
Texniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığı
Komanda ilə işləmə və operativ problem həll etmə bacarığı
Biz nə təklif edirik?
İş yeri: Kürdəmir rayonu
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizicv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC üzrə Mütəxəssis - 30193**”** qeyd etməyiniz xahiş olunur.
Tələblərə cavab verdiyiniz təqdirdə göstərilən link üzərindən müraciətnizi göndərə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10191
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+