İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 26 mart 2026
Təsvir
Vəzifə üzrə tələblər:
Ali təhsil — İnşaat mühəndisliyi, mülki mühəndislik, memarlıq və ya əlaqədar texniki sahə üzrə
Tikinti layihələrinin layihələndirilməsi və dizayn prosesləri sahəsində minimum 7–10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
Tikinti norma və qaydalarını (DBN, SNİP və digər normativlər), layihə və smeta sənədlərini dərindən bilmə
AutoCAD, Revit və digər layihələndirmə proqramları, həmçinin MS Office proqramlarında işləmə bacarığı
Layihə idarəetməsi, texniki koordinasiya və risklərin idarə olunması üzrə biliklər
Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dilləri üzrə texniki biliklər arzuolunandır
Vəzifə öhdəlikləri:
Layihələndirmə və dizayn şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və ümumi nəzarəti həyata keçirmək
İnşaat layihələrinin memarlıq, konstruktiv, mexaniki və elektrik hissələrinin qarşılıqlı uyğunluğunu və koordinasiyasını təmin etmək
Layihə sənədlərinin (eskiz, işçi layihə, detal çertyojları) DBN, SNİP və digər normativ tələblərə uyğunluğunu yoxlamaq və təsdiq etmək
Layihə dəyişikliklərini texniki baxımdan qiymətləndirmək və rəhbərliyə təqdim etmək
İnşaat, mexaniki, elektrik, smeta, satınalma və planlama şöbələri ilə koordinasiyanı təmin etmək
Tikinti sahəsindən daxil olan texniki sorğuların vaxtında cavablandırılmasını təşkil etmək
Podratçı və subpodratçıların təqdim etdiyi texniki sənədləri nəzərdən keçirmək və uyğunluğunu təmin etmək
Layihələndirmə prosesində texniki riskləri müəyyən etmək və minimallaşdırmaq, dizayn səhvlərindən yaranan gecikmə və əlavə xərclərin qarşısını almaq
Keyfiyyət standartlarının tətbiqinə nəzarət etmək
Şöbənin fəaliyyəti üzrə hesabatlar hazırlamaq, layihə sənədlərinin arxivləşdirilməsini və məxfiliyini təmin etmək
Biz nə təklif edirik?
İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin olunur
**Nəqliyyat:**Şirkət tərəfindən təmin olunur
İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9926
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+