Satınalma üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılnası.
Mövcud şirkətlər və tədarükçülər siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
Şirkətlər, tədarükçülərlə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
Təsdiq edilən təkliflər əsasında Satınalma müqavilələrinin hazırlanıb icra edilməsi.
Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).
Satınalma, təchizat və ya logistika sahəsində minimum 2 il iş təcrübəsi.
Müqavilələrin hazırlanması, icrası və şərtlərin təhlili sahəsində bilik və təcrübə.
Yerli və xarici bazar araşdırmaları aparmaq bacarığı.
Tədarükçülərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı.
Qiymət təkliflərinin müqayisəli təhlilini aparmaq və hesabat hazırlamaq bacarığı (Excel və digər ofis proqramlarında sərbəst işləmək).
Yaxşı təşkilati və analitik düşünmə qabiliyyəti.
Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma.
Azərbaycan dili səlis, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür.
İş şəraiti:
Əmək haqqı Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
İş yeri: Luxen Plaza
İş qrafiki: 5 günlük İstirahət: Şənbə və bazar günü.
Korporativ nömrə
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8700
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000