Satınalma üzrə Mütəxəssis

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 16 iyun 2026

Təsvir

Satınalma Prosesinin İdarəedilməsi

  • Şirkət siyasətinə, prosedurlara və layihə qrafiklərinə uyğunluğu təmin etməklə, mal və xidmətlər üzrə bütün növ satınalma sorğularının idarə edilməsi

  • Hərtərəfli qiymət müqayisələri vasitəsilə ən əlverişli qiymətləri və yüksək keyfiyyətli mal və xidmətləri təmin etmək üçün bazarın qiymətləndirilməsi

  • Təşkilati ehtiyaclara uyğun olaraq həm yerli, həm də beynəlxalq satınalma sifarişlərinin (PO) hazırlanması

  • Daxili komanda ilə sıx əməkdaşlıq edərək onların satınalma ehtiyaclarını anlamaq və bu ehtiyacların ümumi korporativ prioritetlərlə uyğunluğunu təmin etmək

Riskin İdarəedilməsi və Logistika

  • Mümkün kəsilmələrə qarşı qorunmaq üçün təchizatçıların diversifikasiyası və fövqəladə hallar planlaması daxil olmaqla, risklərin azaldılması strategiyalarının tətbiqi

  • Bütün sifarişlərin vaxtında çatdırılmasını təmin etmək üçün logistika komandası ilə tərəfdaşlıq edilməsi

  • Təchizat zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması

Müqavilə və Danışıqlar

  • Müqavilələrin icrasına nəzarət edilməsi, müqavilə fayllarının saxlanılması və onlardan gələcəkdə istinad mənbəyi kimi istifadə olunması

  • Təchizatçılarla qiymət danışıqlarının, ödəniş şərtlərinin, çatdırılma qrafiklərinin və digər müqavilə şərtlərinin idarə edilməsi

  • Xərclərə qənaət və səmərəli fəaliyyəti təmin etmək məqsədilə əlverişli şərtlər əldə etmək üçün podratçılarla danışıqların aparılması

Uçot və Koordinasiya

  • Həm ERP sistemində, həm də ortaq qovluqlarda izlənilə bilənliyi və şəffaflığı təmin etməklə, satınalma qeydlərinin dəqiq və aktual şəkildə aparılması

  • Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, hüquq və layihə idarəetməsi kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət

Anbar və İnventarizasiya

  • Anbar ehtiyatlarının səviyyəsinə nəzarət edilməsi və minimum ehtiyat limitlərinin qorunub saxlanılması

  • Anbar qalığının dəqiqliyini təmin etmək üçün müntəzəm olaraq inventarizasiya (sayım) prosesinin aparılması

  • Mal materiallarının anbardan çıxışı və daxili bölmələrə paylanması prosesinin ERP sistemində qeydiyyatı

  • Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi

Tələblər

Peşəkar Bacarıqlar

  • Texnologiya bazarı, eləcə də resursların tapılması (sourcing) və satınalma metodologiyaları üzrə biliklər

  • ERP sistemlərində işləmə təcrübəsi

  • Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı

  • Detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı

Şəxsi Keyfiyyətlər

  • Mükəmməl ünsiyyət, danışıqların aparılması (negotiation) və işgüzar əlaqələrin qurulması (networking) bacarıqları

  • Stress altında işləmək qabiliyyəti

  • Komanda ilə əməkdaşlıq etmək və müstəqil qərar qəbul etmək bacarığı

Dil Bilikləri

  • Azərbaycan dilini — mükəmməl səviyyədə (məcburi)

  • Rus dilini — mükəmməl səviyyədə (üstünlük)

  • İngilis dilini — mükəmməl səviyyədə (üstünlük)

Sürücülük

  • B kateqoriyalı sürücülük vəsiqəsi ( məcburi )

  • Aktiv sürücülük təcrübə - minimum 2il

Necə Müraciət Etmək Olar

IKMA Azerbaijan

IKMA Azerbaijan

Manufacturing

IKMA Azerbaijan Azərbaycanda fəaliyyət göstərən və əsasən sənaye avadanlıqları, texniki həllər və mühəndislik xidmətləri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət müxtəlif sənaye müəssisələri üçün avadanlıqların təchizatı, texniki dəstək və layihə həlləri təqdim edərək istehsal və əməliyyat proseslərinin daha effektiv qurulmasına dəstək verir. Şirkət fəaliyyətində keyfiyyət, innovasiya və etibarlılıq prinsiplərini əsas tutur. IKMA Azerbaijan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək müasir texnologiyaların yerli bazarda tətbiqinə, sənaye müəssisələrinin modernizasiyasına və uzunmüddətli əməkdaşlıqların qurulmasına fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16990

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Texniki Əməliyyatlar üzrə Assistent

Tam Ştat

Texniki Xidmət və Servis Koordinasiyası Sahə üzrə optimal əhatə dairəsini təmin etmək üçün texniklərin gündəlik iş qrafiklərini hazırlamaq və monitorinq etmək. Servis sifarişlərini başlanğıcdan sona qədər yaratmaq, təyin etmək və idarə etmək. Təmir və texniki xidmət tapşırıqlarının statusunu real vaxt rejimində izləmək; gecikmələr və ya problemlər barədə dərhal məlumat vermək (eskalyasiya). Bütün xidmət zonaları üzrə həm təcili, həm də planlaşdırılmış texniki xidmət fəaliyyətlərini əlaqələndirmək. İşin tamamlanmasını təsdiqləmək, rəyləri toplamaq və qeydləri yeniləmək üçün sahə komandaları ilə əlaqə saxlamaq. İnzibati və Əməliyyat Dəstəyi Müvafiq sistemlərdə müqavilə və müştəri məlumatlarını dəqiq şəkildə yeniləmək və saxlamaq. Satınalma Sifarişi (PO) və hesab-faktura (invoice) proseslərində Maliyyə komandasına dəstək olmaq; sənədlərin vaxtında təqdim edilməsini və dəqiqliyini təmin etmək. CRM / ERP sistemlərinə məlumatları daxil etmək və onlara nəzarət etmək; qeydlərin dürüstlüyünü və dəqiqliyini təmin etmək. Rəhbərlik tərəfindən nəzərdən keçirilməsi üçün həftəlik və aylıq əməliyyat hesabatlarını hazırlamaq. Müqavilələr, xidmət müqavilələri və uyğunluq sənədləri üçün mütəşəkkil arxivləşdirmə sistemini qoruyub saxlamaq. Müştəri və Daxili Kommunikasiya Xidmət statusu, planlaşdırma və yeniliklərlə bağlı müştərilərlə proaktiv şəkildə əlaqə saxlamaq. Müştəri şikayətlərini qeydə almaq və müvafiq komandalara yönləndirmək; məsələ həll olunana qədər prosesi izləmək. Satış, Maliyyə və Texniki komandalarla çarpaz funksional tapşırıqlar üzrə səmərəli koordinasiya yaratmaq. Daxili və xarici tərəfdaşlardan gələn xidmətlə bağlı sorğular üçün ilk əlaqə şəxsi kimi çıxış etmək. Müştərilərə təqdim olunan qiymət təkliflərinin və xidmət təkliflərinin (propozalların) hazırlanmasına dəstək vermək.  Əməliyyat Dəstəyi və Performansın İzlənməsi Xidmət performansının KPI-larını monitorinq etmək və kənarlaşmalar zamanı düzəldici tədbirlər üçün xəbərdarlıq etmək. Trendləri müəyyən etmək və əməliyyatların optimallaşdırılmasını dəstəkləmək üçün əsas məlumat təhlillərini aparmaq. Qiymət təkliflərinin və kommersiya təkliflərinin hazırlanmasında kömək etmək. Şirkət standartlarına uyğun olaraq audit və uyğunluq sənədlərini idarə etmək. Əməliyyat və Texniki Xidmət (O&M) funksiyası daxilində davamlı təkmilləşdirmə təşəbbüslərini dəstəkləmək.

Operation Assistant

Tam Ştat

Maintenance & Service Coordination Prepare and monitor technicians' daily work schedules to ensure optimal field coverage. Create, assign, and manage service orders from initiation through to completion. Track the status of repair and maintenance tasks in real time; escalate delays or issues promptly. Coordinate both emergency and planned maintenance activities across all service zones. Liaise with field teams to confirm job completion, collect feedback, and update records. Administrative & Operational Support Update and maintain contract and customer information accurately in relevant systems. Support Finance team in Purchase Order (PO) and invoice processes; ensure timely submission and accurate documentation. Enter and control data in CRM / ERP systems; ensure integrity and accuracy of records. Prepare weekly and monthly operational reports for management review. Maintain organized filing systems for contracts, service agreements, and compliance documents. Customer & Internal Communication Communicate proactively with customers regarding service status, scheduling, and updates. Register and route customer complaints to the appropriate teams; follow up until resolution. Coordinate effectively with Sales, Finance, and Technical teams on cross-functional tasks. Serve as a first point of contact for service-related queries from internal and external stakeholders. Support the preparation of customer-facing quotations and service proposals. Operations Support & Performance Tracking Monitor service performance KPIs and flag deviations for corrective action. Conduct basic data analysis to identify trends and support operational optimization. Assist in the preparation of quotations and commercial proposals. Manage audit and compliance documentation in accordance with company standards. Support continuous improvement initiatives within the Operations & Maintenance function.