Satınalma üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 28 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Satınalma prosesinin müəyyən edilmiş prosedur və qaydalara uyğun, vaxtında icra olunmasının təmin edilməsi, satınalma sorğularının operativ şəkildə yerinə yetirilməsi;
Mallar, avadanlıqlar və xidmətlər üzrə texniki və qiymət araşdırmalarının aparılması;
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarlar üzrə araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçilməsi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
Təchizatla bağlı müqavilə şərtlərinin müəyyən edilməsi, hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
Alınmış məhsul və xidmətlərin keyfiyyəti və çatdırılması ilə bağlı məsələlərin həllinə dəstək göstərilməsi;
Mal-material və xidmət alışlarının ən uyğun şərtlərlə təmin edilməsi;
Təchizatçı və tədarükçü bazasının formalaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi;
Təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Təchizat və satınalma prosesləri və ümumi prinsipləri üzrə biliklər;
Danışıqların aparılması və təchizatçılar arasında optimal seçim edilməsi üzrə səriştə;
Bazarın təhlili və hesabatların hazırlanması üzrə biliklər;
Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili, aparılması və təqibi üzrə biliklər;
MS Office proqramları üzrə biliklər, xüsusilə yüksək səviyyədə Excel biliyi;
Məsuliyyətlilik, qərarvermə, problemlərin həlli, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Yüksək səviyyədə kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Əlaqəli sahə);
Satınalması sahəsində ən az 2-3 il iş təcrübəsi;
Retail sahəsində təcrübə üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət etdüyməsində qeyd olunan elektron poçtünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15485
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+