Satınalma üzrə aparıcı mütəxəssis

Other

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 22 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

  • Yaradılmış sifariş formalarının analiz edilməsi;

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;

  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;

  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Tələblər

  • Ali təhsil;

  • Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi;

  • Yüksək səviyyədə Rus və İngilis dili;

  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;

  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);

  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;

  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;

  • İş yeri: Bakı şəhəri;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazmaqla Müraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Kristal

Kristal

Other

Kristal Abşeron Azərbaycanda fəaliyyət göstərən aparıcı tikinti və daşınmaz əmlak şirkətlərindən biridir. Şirkət əsasən Bakı və ətraf ərazilərdə müasir yaşayış komplekslərinin tikintisi ilə məşğuldur və uzun illərdir keyfiyyətli, rahat və əlçatan mənzil layihələri təqdim edir. “Kristal Abşeron” yaşayış kompleksləri müasir memarlıq, inkişaf etmiş infrastruktur və ailə yönümlü yaşayış konsepti ilə seçilir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Kristal Abşeron layihələrində məktəb, bağça, park, ticarət obyektləri və istirahət zonaları kimi sosial infrastruktura xüsusi önəm verir. Şirkət müasir tikinti texnologiyalarını tətbiq etməklə şəhərsalma və yaşayış standartlarının inkişafına töhfə verməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18067

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya