Satış meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Ali təhsil;
Səliqəli görünüş və məsuliyyətlilik;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Yüksək səviyyədə rus dili biliyi, ingilis dili arzuolunandır;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Satış prosesini tam idarə etmək (görüşlər, baxışlar, danışıqlar, müqavilə mərhələsi);
Müştərilərlə düzgün ünsiyyət qurmaq, layihələr haqqında dolğun, ətraflı məlumatlar vermək;
Satış sənədlərini hazırlamaq və prosedurların icrasına nəzarət etmək;
Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq;
Satışı stimullaşdırmaq üçün təkliflər vermək;
Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək;
Satışdan sonrakı proseslərə nəzarət etməklə müştəri xidmətlərinə nəzarət etmək.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış meneceri” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Kristal
Other
Kristal Abşeron Azərbaycanda fəaliyyət göstərən aparıcı tikinti və daşınmaz əmlak şirkətlərindən biridir. Şirkət əsasən Bakı və ətraf ərazilərdə müasir yaşayış komplekslərinin tikintisi ilə məşğuldur və uzun illərdir keyfiyyətli, rahat və əlçatan mənzil layihələri təqdim edir. “Kristal Abşeron” yaşayış kompleksləri müasir memarlıq, inkişaf etmiş infrastruktur və ailə yönümlü yaşayış konsepti ilə seçilir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Kristal Abşeron layihələrində məktəb, bağça, park, ticarət obyektləri və istirahət zonaları kimi sosial infrastruktura xüsusi önəm verir. Şirkət müasir tikinti texnologiyalarını tətbiq etməklə şəhərsalma və yaşayış standartlarının inkişafına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18068
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
51-200