Sahədaxili işlər üzrə briqadir
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Sahədaxili işlərin təşkili və gündəlik iş prosesinə nəzarət etmək
Tabeliyində olan işçi heyətini idarə etmək, iş bölgüsü aparmaq və tapşırıqlar vermək
Kompleksin həyətində, gölətrafı ərazilərdə və yaşıllaşdırma sahələrində görülən işlərin koordinasiyasını təmin etmək
İşçilərin işə davamiyyəti və əmək intizamına nəzarət etmək
Görülən işlərin keyfiyyətinə və vaxtında təhvil verilməsinə nəzarət etmək
Yaşıllaşdırma, abadlıq və əraziyə qulluq işlərinin düzgün icrasını təmin etmək
Texnika, avadanlıq və iş alətlərinin düzgün istifadəsinə nəzarət etmək
Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək
Ərazidə yaranan problemləri operativ şəkildə müəyyən edib rəhbərliyə məlumat vermək
Gündəlik görülən işlər barədə rəhbərliyə hesabat təqdim etmək
İş prosesində işçilərin fəaliyyətini qiymətləndirmək və ehtiyac olduqda istiqamətləndirmək
Mövsümi abadlıq, təmizlik və texniki xidmət işlərinin planlı şəkildə həyata keçirilməsini təşkil etmək
Rəhbərlik tərəfindən verilən digər təşkilati və texniki tapşırıqları yerinə yetirmək.
Tələblər
Praktiki iş bacarığı və sahə təcrübəsi
Məsuliyyətlilik və operativlik
Komanda ilə işləmək və idarəetmə bacarığı
İş şəraiti:
İş qrafiki: 6 günlük;
İş yeri: Bakı şəhəri
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Landşaft və yaşıllaşdırma işləri üzrə nəzarətçi” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Kristal
Other
Kristal Abşeron Azərbaycanda fəaliyyət göstərən aparıcı tikinti və daşınmaz əmlak şirkətlərindən biridir. Şirkət əsasən Bakı və ətraf ərazilərdə müasir yaşayış komplekslərinin tikintisi ilə məşğuldur və uzun illərdir keyfiyyətli, rahat və əlçatan mənzil layihələri təqdim edir. “Kristal Abşeron” yaşayış kompleksləri müasir memarlıq, inkişaf etmiş infrastruktur və ailə yönümlü yaşayış konsepti ilə seçilir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Kristal Abşeron layihələrində məktəb, bağça, park, ticarət obyektləri və istirahət zonaları kimi sosial infrastruktura xüsusi önəm verir. Şirkət müasir tikinti texnologiyalarını tətbiq etməklə şəhərsalma və yaşayış standartlarının inkişafına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18066
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200