Satınalma üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 29 mart 2026
Təsvir
Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsinin təmin edilməsi;
Etibarlı satıcı və təchizatçı bazasının formalaşdırılması;
Yüksək keyfiyyətli məhsulların ən uyğun qiymətlə əldə olunması məqsədilə şirkətdaxili bütün struktur bölmələri ilə sıx əməkdaşlığın qurulması;
Xarici iqtisadi əlaqələrin qurulması və tərəfdaşların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması və təhlili;
Satınalma zamanı yarana biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi;
Satınalma üzrə hesabatların hazırlanması və təhlil edilməsi.
İş şəraiti:
İş günləri: I–V günlər;
İş saatı: 09:00–18:00;
Əmək haqqı: 2800 AZN (gross).
Tələblər
Ali təhsil;
Azərbaycan, ingilis və rus dillərini səlis səviyyədə bilmə (yazılı və şifahi);
CIPS sertifikatı (üstünlükdür / tələb olunur);
Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excel, Outlook);
Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
Komanda ilə işləmə bacarığı;
Stressi idarəetmə bacarığı;
Məsuliyyətlilik;
Diqqətlilik;
Analitik və hesabat yönümlü düşüncə tərzi.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10015
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+