Satınalma Müdiri (Tütün və Lotereya)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 yanvar 2026

Son Tarix: 9 mart 2026

Təsvir

  • Tütün məhsulları və lotereya ilə bağlı malların/ xidmətlərin satınalma strategiyasını hazırlamaq və icrasını təmin etmək.

  • Təchizatçıların seçilməsi, qiymətləndirilməsi və müqavilələrin bağlanmasını təşkil etmək.

  • Satınalma proseslərinin mövcud qanunvericiliyə, lisenziya və icazə tələblərinə, aksiz və vergi qaydalarına uyğunluğunu təmin etmək.

  • Daxili satınalma prosedurlarına riayət olunmasına nəzarət etmək.

  • Qiymət danışıqlarını aparmaq, xərclərin optimallaşdırılması və büdcəyə qənaət tədbirləri görmək.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması və ya oxşar sahələr üzrə)

  • Satınalma sahəsində minimum 3 il iş təcrübəsi (tütün və ya lisenziyalı məhsullar üzrə təcrübə üstünlükdür)

  • Aksizli və lisenziyalı məhsullar üzrə qanunvericilik və vergi qaydaları barədə biliklər

  • Təchizatçılarla danışıqlar aparmaq və müqavilələr hazırlamaq bacarığı

  • Analitik düşüncə və xərclərin optimallaşdırılması bacarığı

  • Yüksək məsuliyyət, diqqətlilik və komanda ilə işləmək bacarığı

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6516

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya