Şəxsi marka üzrə Texnoloq
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 28 mart 2026
Təsvir
Bazar araşdırmasına və müştərinin istəyinə əsasən məhsulun texniki spesifikasiyasını hazırlamaq
Laborator şəraitdə sınaq nümunələrinin hazırlamaq və test etmək
Tədarükçülərlə birgə yeni xammalları sınaqdan keçirtmək, rəqib məhsulların analiz etmək və uyğun formulları hazırlamaq
Məhsulun etiketində göstəriləcək qida dəyərləri, allergenlər, tərkib elementlərini hesablamaq
İSO 22000, FSSC 22000, Halal, və s. tələblərə uyğunluq sənədlərinin hazırlamaq
Pilot istehsalatlarda iştirak və prosesin monitorinqini etmək
Satış və marketinq komandası ilə sıx əməkdaşlıq edərək məhsulun bazar ehtiyacına uyğunluğunu təmin etmək.
Yeni texnologiyaların və trendlərin izlənməsi və tətbiqi üçün rəhbərliyə təkliflər təqdim etmək.
Tələblər
Təhsil: Ali (Qida mühəndisliyi, Biotexnologiya, Kimya mühəndisliyi və ya əlaqədar sahə üzrə)
Təcrübə: Minimum 2-3 il müvafiq, yaxud bənzər sahədə təcrübə
Qida texnologiyaları, xammal xüsusiyyətləri və formulasiya prinsipləri üzrə bilik-bacarıqlar
ISO 22000:2018, FSSC 22000, ISO 9001:2015 sertifikatlarına malik olmaq
MS Office proqramlarında (xüsusilə Excel, Powerpoint yüksək səviyyədə) işləmək bacarığı
Analitik düşüncə və detallara diqqət
Problemlərin operativ həlli və innovativ yanaşma qabiliyyəti
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10042
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+