Ticari Marketinq üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 fevral 2026

Son Tarix: 28 mart 2026

Təsvir

  • Kampaniya təkliflərinin hazırlanması və təqdim edilməsi

  • Təkliflərin aidiyyəti kateqoriyalara göndərilməsi və razılaşdırılması prosesinə tam nəzarət

  • Çeşidlərin uyğunluğu ilə bağlı satınalma komandası ilə danışıqların aparılması

  • Kampaniya müddətində prosesin izlənilməsi və effektiv icrasına nəzarət

  • Yaranan problemlərin operativ şəkildə aradan qaldırılması

  • Tədarük zəncirinə satış proqnozlarının təqdim edilməsi

  • Rəqib kampaniyalarının mütəmadi izlənilməsi və bazar analizinin aparılması

  • Kampaniya nəticələrinin təhlili və hesabatların hazırlanması

Tələblər

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya uyğun sahə üzrə)

  • Kampaniya idarəetməsi və ya marketinq sahəsində minimum 1-2 il iş təcrübəsi

  • Analitik düşünmə və bazar təhlili bacarığı

  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı

  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı

  • Komanda ilə işləmək və vaxtın effektiv idarə olunması bacarığı

  • Məsuliyyətlilik və nəticəyönümlülük

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10044

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya