Ana Səhifə
Vakansiyalar

Risklərin İdarəedilməsi üzrə Mütəxəssis

Risklərin İdarəedilməsi üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 yanvar 2026

Son Tarix: 5 fevral 2026

Təsvir

"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğu "Risklərin İdarəedilməsi üzrə Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi

  • İş qrafiki: Həftənin 5 günü saat 8:00-dan 17:00-dək, 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • İT üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;

  • Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;

  • Mütəmadi olaraq İT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;

  • İT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;

  • İT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;

  • İT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;

  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş fövqəladə İT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;

  • Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fəlakətdən bərpa planının hazırlanmasında iştirak etmək;

  • İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət;

  • Dəyişikliklərin idarə olunması prosesində iştirak;

  • Şirkətin tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;

  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər

  • İT risklərin qiymətləndirilməsi və idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi

  • Arzu olunan sertifikatlar: CRISC, ISO/IEC 27001 Lead Auditor və ya Lead Implementer, CompTIA Security+.

  • ISO 27001, COBIT, NIST və ya oxşar İT idarəetmə və təhlükəsizlik çərçivələri üzrə bilik və tətbiq təcrübəsi

  • Rəqəmsal biznes proseslərinin təhlili, informasiya sistemlərinin audit və yoxlanılması üzrə praktiki təcrübə

  • Məlumatların toplanması, statistik və keyfiyyət göstəricilərinin analizi, risk xəritələrinin və hesabatların hazırlanması üzrə analitik bacarıq

  • Müxtəlif departament və komandalarla effektiv ünsiyyət, məsləhətçilik və təlim keçmə bacarığı

  • İngilis dili üzrə aktiv oxuma, yazma və danışıq bacarığı

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma

  • Komandada işləmək

  • Vaxtın idarə edilməsi

Təkliflər:

  • Yüksək Potensiallı Əməkdaş (HiPo) seçildiyi təqdirdə könüllü tibbi sığorta və İnkişaf planına uyğun olaraq Mentorluq, xarici mübadilə proqramlarında iştirak və müxtəlif təlim proqramları ilə təmin olunma imkanı

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı

  • Təlim və sertifikat proqramlarına dəstək

  • Əməkhaqqı: Bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında təyin olunur

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma

  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Risklərin İdarəedilməsi üzrə Mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya  qeyd olunan linkə daxil olub göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Veysəloğlu MMC

Veysəloğlu MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4121

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Tədarük üzrə mütəxəssis

Tam Ştat

İş şəraiti **İş yeri:**Bakı şəhəri **İş qrafiki:**Həftənin 5 günü saat 08:00-dan 17:00-dək Əmək haqqı: Müsahibə əsasında təyin olunur Servis xidməti Nahar təminatı Vəzifə funksiyaları: Məhsul alışı planlaşdırılmasını etmək və kommersiya məqsədli malların alınması üzrə fəaliyyəti həyata keçirmək; Məhsul alışı üçün sifarişlərin hesablanması; Alınacaq məhsulların qiymət listini almaq, məhsulların master datasını əldə etmək və sistemə tanıdılmasına nəzarət etmək; Alınacaq malların sifarişini hazırlamaq və  SAP sisteminə daxil etmək; Razılaşdırılmış sifarişi müvafiq tədarükçüyə göndərilməsinə nəzarət etmək Razılaşdırılmış sifarişi müvafiq tədarükçüdən sifarişin miqdarını kontrol etmək üçün sənəd tələb etmək; ödənməsini təşkil etmək ,ödəmə prosedurda lazim olan prosesleri yerinə yetirmək; Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi ,kontrolda saxlanılmasını həyata keçirmək Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı üst rəhbərlərdən gələn təlimat və göstərişləri qəbul etmək və zamanında icra etmək; Tədarükçülərlə olan görüşlərdə iştirak etmək, planları yaxından izləmək; Vəzifə tələbləri: Müvafiq sahə üzrə minimum 1 illik təcrübənin olması MS Office, xüsusilə Excel proqramını əla bilmək; Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür); Riyazi biliyi olanlara üstünlük veriləcək; Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək; Problemləri operativ həll etmək; Yüksək ünsiyyət bacarığı; Analitik düşünmə və təhlil etmə qabiliyyəti; Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları. Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tədarük üzrə mütəxəssis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Analitika və Hesabatvermə üzrə Mütəxəssis

Tam Ştat

Funksiya: Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi Vəzifə funksiyaları: Kampaniyaların sistemə daxil edilməsi və mövcud kampaniyalarda dəyişikliklərin həyata keçirilməsi; Kampaniya gedişatına nəzarət və təsdiqlənmə prosesinin idarə olunması; Kampaniyaların inkişafı üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi; Hazır kampaniyaların aidiyyəti satış kanallarına elan edilməsi; Satış hesabatlarının və analizlərin hazırlanması; Yeni məhsulların təsdiqi və mallara yetki nəzarəti; Malların qiymətinin təyin edilməsi və dəyişikliklərin vaxtında icrası; Xərclərin idarə olunması və EBA sisteminə daxil edilməsi; Qiymət fərqləri və xərclərlə bağlı məlumatların araşdırılması və nəzarətdə saxlanılması; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. Vəzifə tələbləri: Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi, maliyyə, marketinq sahələri); Analitika və hesabatvermə sahəsində minimum 1 il iş təcrübəsi; MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə bacarıq; ERP və digər daxili idarəetmə sistemlərində işləmək bacarığı (üstünlükdür); Analitik düşüncə, dəqiqlik və detallara diqqət; Effektiv kommunikasiya və koordinasiya bacarığı; Məlumatların strukturlaşdırılmış və vaxtında təqdim edilməsi; Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür); Əmək haqqı: Müsahibə əsasında təyin olunur Təminatlar: İş yerinə nəqliyyat vasitəsilə çatdırılma; Nahar ilə təmin edilmə; İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və Hesabatvermə üzrə Mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.