Ana Səhifə
Vakansiyalar

Sistem İnzibatçısı-Aparıcı mütəxəssis

Sistem İnzibatçısı-Aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

3.984 AZN-dən

Yerləşdirilib 5 yanvar 2026

Son Tarix: 5 fevral 2026

Təsvir

"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunun İnfrastruktur Xidmətlərinin İdarəedilməsi Departamentinin Sistem İnfrasturukturu Şöbəsinə “Sistem İnzibatçısı-Aparıcı mütəxəssis”  vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Azure biznes mərkəzi

  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək, 09:00-dan 18:00-dək

Tələblər

  • Ali Təhsil;

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

Vəzifə öhdəlikləri:

  • Server, yaddaş ehtiyyat nüsxələnmə və bulud sistemlərinin gündəlik işinə nəzarət etmək, nasazlıqları vaxtında aşkar edərək aidiyyəti üzrə bildirmək.

  • Sistem infrastrukturunda baş verən texniki problemləri qeydiyyata almaq və ilkin diaqnostikanı aparmaq.

  • İnfrastruktur resurslarının istifadəsini izləmək və aidiyyəti rəhbərlərə hesabatlar təqdim etmək.

  • İnfrastruktur resurslarının istifadəsini izləmək və aidiyyəti rəhbərlərə hesabatlar təqdim etmək.

  • Təsdiqlənmiş dəyişiklik planlarına əsasən sistem və infrastruktur dəyişikliyində iştirak etmək.

  • İnfrastruktur aktivlərinə aid əsas məlumatların və sənədlərin aktuallığını qorumaq və yeniləmək.

  • Mövcud skriptlərin və avtomatlaşdırma alətlərinin istifadəsini dəstəkləmək, ehtiyac olduqda kiçik dəyişikliklər etmək.

  • Fövqəladə insidentlər zamanı ilkin texniki dəstək vermək və vəziyyət haqqında vaxtında məlumat çatdırmaq.

  • Bulud əsaslı xidmətlərin (məsələn, Azure, AWS) gündəlik əməliyyat dəstəyində iştirak etmək.

  • Sistem infrastruktur təchizatçıları ilə əlaqə saxlayaraq texniki məsələləri operativ şəkildə yönləndirmək.

Təkliflər:

  • Yüksək Potensiallı Əməkdaş (HiPo) seçildiyi təqdirdə könüllü tibbi sığorta və İnkişaf planına uyğun olaraq Mentorluq, xarici mübadilə proqramlarında iştirak və müxtəlif təlim proqramları ilə təmin olunma imkanı

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı

  • Təlim və sertifikat proqramlarına dəstək

  • Əməkhaqqı: 3984 - 4555.43 AZN (Gross)

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

  • Nahar ilə təmin edilmə.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sistem inzibatçısı - aparıcı mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya qeyd olunan linkə daxil olub göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Veysəloğlu MMC

Veysəloğlu MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4122

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Tədarük üzrə mütəxəssis

Tam Ştat

İş şəraiti **İş yeri:**Bakı şəhəri **İş qrafiki:**Həftənin 5 günü saat 08:00-dan 17:00-dək Əmək haqqı: Müsahibə əsasında təyin olunur Servis xidməti Nahar təminatı Vəzifə funksiyaları: Məhsul alışı planlaşdırılmasını etmək və kommersiya məqsədli malların alınması üzrə fəaliyyəti həyata keçirmək; Məhsul alışı üçün sifarişlərin hesablanması; Alınacaq məhsulların qiymət listini almaq, məhsulların master datasını əldə etmək və sistemə tanıdılmasına nəzarət etmək; Alınacaq malların sifarişini hazırlamaq və  SAP sisteminə daxil etmək; Razılaşdırılmış sifarişi müvafiq tədarükçüyə göndərilməsinə nəzarət etmək Razılaşdırılmış sifarişi müvafiq tədarükçüdən sifarişin miqdarını kontrol etmək üçün sənəd tələb etmək; ödənməsini təşkil etmək ,ödəmə prosedurda lazim olan prosesleri yerinə yetirmək; Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi ,kontrolda saxlanılmasını həyata keçirmək Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı üst rəhbərlərdən gələn təlimat və göstərişləri qəbul etmək və zamanında icra etmək; Tədarükçülərlə olan görüşlərdə iştirak etmək, planları yaxından izləmək; Vəzifə tələbləri: Müvafiq sahə üzrə minimum 1 illik təcrübənin olması MS Office, xüsusilə Excel proqramını əla bilmək; Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür); Riyazi biliyi olanlara üstünlük veriləcək; Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək; Problemləri operativ həll etmək; Yüksək ünsiyyət bacarığı; Analitik düşünmə və təhlil etmə qabiliyyəti; Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları. Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tədarük üzrə mütəxəssis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Risklərin İdarəedilməsi üzrə Mütəxəssis

Tam Ştat

"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğu "Risklərin İdarəedilməsi üzrə Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz: İş şəraiti İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi İş qrafiki: Həftənin 5 günü saat 8:00-dan 17:00-dək, 09:00-dan 18:00-dək Vəzifə öhdəlikləri: İT üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq; Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək; Mütəmadi olaraq İT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq; İT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək; İT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək; İT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək; İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş fövqəladə İT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək; Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fəlakətdən bərpa planının hazırlanmasında iştirak etmək; İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət; Dəyişikliklərin idarə olunması prosesində iştirak; Şirkətin tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili; İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.