Analitika və Hesabatvermə üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 9 fevral 2026
Təsvir
Funksiya: Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi
Vəzifə funksiyaları:
Kampaniyaların sistemə daxil edilməsi və mövcud kampaniyalarda dəyişikliklərin həyata keçirilməsi;
Kampaniya gedişatına nəzarət və təsdiqlənmə prosesinin idarə olunması;
Kampaniyaların inkişafı üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
Hazır kampaniyaların aidiyyəti satış kanallarına elan edilməsi;
Satış hesabatlarının və analizlərin hazırlanması;
Yeni məhsulların təsdiqi və mallara yetki nəzarəti;
Malların qiymətinin təyin edilməsi və dəyişikliklərin vaxtında icrası;
Xərclərin idarə olunması və EBA sisteminə daxil edilməsi;
Qiymət fərqləri və xərclərlə bağlı məlumatların araşdırılması və nəzarətdə saxlanılması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Vəzifə tələbləri:
Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi, maliyyə, marketinq sahələri);
Analitika və hesabatvermə sahəsində minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə bacarıq;
ERP və digər daxili idarəetmə sistemlərində işləmək bacarığı (üstünlükdür);
Analitik düşüncə, dəqiqlik və detallara diqqət;
Effektiv kommunikasiya və koordinasiya bacarığı;
Məlumatların strukturlaşdırılmış və vaxtında təqdim edilməsi;
Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
Nahar ilə təmin edilmə;
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və Hesabatvermə üzrə Mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4507
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə