Rəqəmsal məhsullara dəstək şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Mütamadi təkrarlanan problemlər üçün standart həll yollarının (“knowledge article”) yaradılmasının, FAQ və “runbook"ları yenilənməsinin, şöbədə biliyin paylaşılmasının təmin edilməsi;
Rəqəmsal məhsullar üzrə daxil olan müraciətlərin ilkin təsnifatının aparılması, onları prioritetləşdirilməsi və L2 səviyyəli sorğuların SLA daxilində həllinin təmin edilməsi;
ITIL prinsiplərinə (İnsident, Problem, Dəyişiklik, IT Asset və Bilik idarəetməsi) uyğun olaraq proseslərin formalaşdırılması və Jira/Manageengine/ServiceNow kimi ITSM alətlərində ticket həyat dövrünü idarə edilməsi;
Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətin planlanması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;
Əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi, qiymətləndirmələrinin aparılması;
Komanda performansını ölçmək məqsədilə orta insident həll vaxtı (MTTR), sistemin orta nasazlıq müddəti (MTTF) və sistemin orta nasazlıqlararası müddəti (MTBF) kimi göstəricilərin toplanması və təhlil edilməsi;
Yaranan insidentlərin İnformasiya təhlükəsizliyi departamenti ilə birgə təhlükəsizlik aspektlərinin yoxlanılması, zəruri hallarda log araşdırmaların aparılması və riskli vəziyyətlərin aradan qaldırılmasının təmin ediməsi;
İT texniki dəstəyin göstərilməsi üçün müvafiq avadanlıqların, proqram təminatların qurulmasının və fəaliyyətinin təşkil edilməsi;
Şöbəyə aid prosedur və qaydaların hazırlanmasının təşkili, onların yerinə yetirilməsinə və inkişafına, davamlılığlının icrasına nəzarət edilməsi;
Şöbənin fəaliyyəti üçün zəruri olan maddi-texniki ləvazimatlara dair tələblərin müəyyən edilməsi və büdcə icrasının izlənməsi;
Rəhbərliyin tapşırığına əsasən fəaliyyəti üzrə arayışlar, hesabatlar, məlumatlar hazırlanması və araşdırmaların, yoxlamaların aparılması;
Tələblər
ali təhsil (magistr təhsili arzuolunandır);
minimum 7 il iş stajı;
kompüter, ƏS, şəbəkə;
İTSM;
İngilis dili B2 səviyyəsi;
ITIL v4 çərçivəsi və prinsipləri üzrə səriştəlilik;
Hadisələrin və problemlərin idarə edilməsi, dəyişikliklərin və xidmət səviyyəsinin idarə edilməsi;
İT Yardım Masası, L2 Dəstək və ya İT Xidmətlərinin İdarə Edilməsi sahəsində minimum 3 illik təcrübə
Genişmiqyaslı (500+ istifadəçi) infrastruktur mühitlərində dəstək qruplarının idarə edilməsində təcrübə.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14552
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200