Ana Səhifə
Vakansiyalar

İT Layihə rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 22 may 2026

Təsvir

  • Rəqəmsal inkişaf üzrə layihələrin idarəedilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət edilməsi;

  • Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;

  • Layihələrin monitorinq edilməsi, hesabatlılığın təmin edilməsi, dəyişikliklərin idarə edilməsi;

  • Sprint planlamalarının və baxış görüşlərinin təşkil edilməsi;

  • Qurumlararası layihələrinin həyata keçirilməsi;

  • Layihənin KPI-larına çatmaq üçün layihənin ümumi idarə edilməsi;

  • Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;

  • Layihələrin izləniləbilinməsi üçün BI Dashboard-ların formalaşdırılmasına nəzarət edilməsi;

  • Layihələrin bütün sənədləşməsinin PMI standartlarına uyğun hazırlanması;

  • Layihə ilə bağlı PMI standartlarına uyğun bütün reyestr və jurnalların hazırlanması və açıq qalan məsələlərin həllinin təmin edilməsi;

  • Layihə ilə bağlı dövri şəkildə təqdimatların hazırlanması və bu təqdimatların fərqli marağı olan tərəflərə çatdırılması;

  • Tapşırıqları icrasına yaxından nəzarət edilməsi və asılılıqların ən qısa zamanda aradan qaldırılması;

  • Layihə ilə bağlı bütün rəsmi və qeyri-rəsmi məktubların hazırlanmsı və göndərilməsi;

  • Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə əlaqəni/koordinasiyanı həyata keçirmək.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə bakalavr (magistr) dərəcəsi;

  • Generativ süni intellekt alətləri vasitəsilə layihə rəhbərinin vəzifələrinin avtomatlaşdırılmasında təcrübə;

  • İT layihələrinin idarə edilməsi sahəsi üzrə ən az 3-4 il iş təcrübəsi;

  • Layihə idarəetmə yanaşmaları: PMI standartlarına əsasən Waterfall və Agile metodologiyaları üzrə bilik;

  • Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);

  • Sertifikatlar: PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatlara üstünlük verilir;

  • Texniki biliklər: Microsoft Office Suite (Word, Excel, PowerPoint) və layihə idarəetmə alətləri (Jira, MS Office, Trello və s.) üzrə yaxşı istifadə bacarıqları;

  • Kommunikasiya və təqdimat: Güclü ünsiyyət və yüksək səviyyədə təqdimat bacarıqları;

  • Analitik düşüncə: Məlumatları təhlil edərək dəqiq və əsaslandırılmış qərar qəbul etmə bacarığı;

  • Proaktivlik və müstəqil işləmə qabiliyyəti;

  • "Miro", "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN, "Notion.so" üzrə bilik və bacarıqlar;

  • HTML, CSS, JavaScript, CRUD operations, Libraries, Frameworks, API,Unit Testing, Integration Testing,Test Driven Development, Web Services, RESTful API, Micro services vs Monolithic services, Git, Github, CI/ CD, Technical Debt, Deployment, API Endpoints, Progressive Web Apps, Mobile App Technologies (native apps, hybrid apps) və b. - ən azı konseptual səviyyədə biliklər.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14550

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Senior QA Engineer

Tam Ştat

Senior QA Engineer will be responsible for ensuring the quality and reliability of mobile and backend systems through a combination of manual and automated testing approaches. The role involves designing scalable test strategies, improving test automation coverage, and integrating modern AI-powered tools into the QA process. The engineer will work closely with cross-functional teams including developers, product owners, and DevOps to validate features, identify risks early, and maintain high-quality standards across releases. A strong focus will be placed on mobile application testing (Android and iOS), API validation, and continuous improvement of testing processes. The candidate is expected to actively contribute to building efficient QA workflows, leverage AI tools to increase productivity (test generation, analysis, debugging), and support the team in adopting modern testing practices. Experience with real-device testing, performance considerations, and CI/CD integration is highly valued. Core Responsibilities Design, implement, and maintain scalable test strategies and test automation frameworks Develop and execute manual and automated test cases for mobile (Android & iOS) and backend systems Ensure high test coverage across UI, API, and integration layers Collaborate with developers, product owners, and DevOps to define acceptance criteria and ensure testability Integrate automated tests into CI/CD pipelines and ensure reliable execution in different environments Analyze test results, identify defects, and work closely with teams to resolve issues efficiently Leverage AI tools to optimize testing processes, including test generation, debugging, and maintenance Contribute to continuous improvement of QA processes, standards, and best practices Support performance and load testing activities when required Mentor junior QA engineers and contribute to knowledge sharing within the team

Rəqəmsal məhsullara dəstək şöbəsinin müdiri

Tam Ştat

Mütamadi təkrarlanan problemlər üçün standart həll yollarının (“knowledge article”) yaradılmasının, FAQ və “runbook"ları yenilənməsinin, şöbədə biliyin paylaşılmasının təmin edilməsi; Rəqəmsal məhsullar üzrə daxil olan müraciətlərin ilkin təsnifatının aparılması, onları prioritetləşdirilməsi və L2 səviyyəli sorğuların SLA daxilində həllinin təmin edilməsi; ITIL prinsiplərinə (İnsident, Problem, Dəyişiklik, IT Asset və Bilik idarəetməsi) uyğun olaraq proseslərin formalaşdırılması və Jira/Manageengine/ServiceNow kimi ITSM alətlərində ticket həyat dövrünü idarə edilməsi; Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətin planlanması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi; Əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi, qiymətləndirmələrinin aparılması; Komanda performansını ölçmək məqsədilə orta insident həll vaxtı (MTTR), sistemin orta nasazlıq müddəti (MTTF) və sistemin orta nasazlıqlararası müddəti (MTBF) kimi göstəricilərin toplanması və təhlil edilməsi; Yaranan insidentlərin İnformasiya təhlükəsizliyi departamenti ilə birgə təhlükəsizlik aspektlərinin yoxlanılması, zəruri hallarda log araşdırmaların aparılması və riskli vəziyyətlərin aradan qaldırılmasının təmin ediməsi; İT texniki dəstəyin göstərilməsi üçün müvafiq avadanlıqların, proqram təminatların qurulmasının və fəaliyyətinin təşkil edilməsi; Şöbəyə aid prosedur və qaydaların hazırlanmasının təşkili, onların yerinə yetirilməsinə və inkişafına, davamlılığlının icrasına nəzarət edilməsi; Şöbənin fəaliyyəti üçün zəruri olan maddi-texniki ləvazimatlara dair tələblərin müəyyən edilməsi və büdcə icrasının izlənməsi; Rəhbərliyin tapşırığına əsasən fəaliyyəti üzrə arayışlar, hesabatlar, məlumatlar hazırlanması və araşdırmaların, yoxlamaların aparılması;